Fond birjası


Bakı Fond Birjası Baku Climate Action Week çərçivəsində karbon bazarlarına həsr olunmuş sessiya keçirib
09.09.2026

7 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjası Baku Climate Action Week çərçivəsində “Karbon bazarları vasitəsilə iqlim maliyyəsinin imkanlarının açılması” mövzusunda sessiya keçirib.

Sessiya karbon bazarlarının inkişaf tendensiyaları, iqlim maliyyələşməsində rolu və Azərbaycanda karbon bazarı ekosisteminin formalaşdırılması üçün mövcud imkanların müzakirəsinə həsr olunub.

Bakı Fond Birjasının Aparıcı İqtisadçısı Emin Əliyevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Sektorunun Dayanıqlı İnkişafı Departamentinin iqtisadçısı Əli Əhmədzadə, AZAL-ın ESG Məlumatlarının idarə edilməsi və Dayanıqlı İnkişaf üzrə biznes partnyoru Məhəmməd Əliyev, “Process Engineering” şirkətinin sahibi və direktoru Elnur Mustafayev, “SOCAR Green” şirkətinin İnvestisiyalar və Layihələrin İnkişafı üzrə direktoru Rza Nağıyev, Unibank-ın Dayanıqlılıq üzrə meneceri Samra Talişinskaya-Abbasova və Bakı Fond Birjasının Yaşıl Maliyyə üzrə məhsul sahibi Aygün Həsənova spiker qismində çıxış ediblər.

Sessiya çərçivəsində karbon bazarlarında qlobal tendensiyalar və son inkişaflar, tənzimlənən və könüllü karbon bazarları arasındakı fərqlər, karbon kreditlərinin yaradılması, sertifikatlaşdırılması, ticarəti və dövriyyədən çıxarılması mexanizmləri müzakirə olunub.

Müzakirələrdə həmçinin birjaların, maliyyə institutlarının və digər bazar infrastrukturu təminatçılarının karbon bazarlarının inkişafındakı rolu, Azərbaycanda karbon bazarlarının formalaşdırılması üçün zəruri institusional və tənzimləyici şərtlər, eləcə də bu sahədə dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir müxtəlif sektorların nümayəndələrini bir araya gətirərək Azərbaycanda karbon bazarlarının inkişaf perspektivləri və iqlim maliyyələşməsinin genişləndirilməsi imkanları üzrə fikir və təcrübə mübadiləsi üçün platforma yaradıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment