Sığorta


Sığortaçıların sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarlarında dəyişikliklər təsdiq edilib
04.09.2026

Sığorta sektorunda sistem əhəmiyyətli sığortaçıların qiymətləndirilməsi zamanı istifadə olunan yanaşmanın təkmilləşdirilməsi məqsədilə “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nda dəyişikliklər təsdiq edilib.

Yeni çərçivə sığortaçıların maliyyə sisteminə mümkün təsir kanallarını daha dolğun əhatə etmək məqsədilə ölçü, şaxələnmə və əvəzolunmazlıq kateqoriyaları əsasında formalaşdırılaraq sistem əhəmiyyətliliyin üç səviyyə üzrə qiymətləndirilməsini nəzərdə tutur:

sığorta sistemi üzrə;

maliyyə sistemi üzrə;

ümumi iqtisadi münasibətlər üzrə.

Bu yanaşma sığortaçıların yalnız sektor daxilindəki rolunu deyil, eyni zamanda onların maliyyə bazarları və real iqtisadiyyatla qarşılıqlı əlaqələrini də nəzərə almağa imkan verir. Meyarlara təsdiq edilən əsas dəyişikliklər bunlardır:

Qiymətləndirmənin 3 kateqoriya – ölçü, şaxələnmə və əvəzolunmazlıq kateqoriyaları üzrə aparılması müəyyən edilmiş və əvvəlki metodologiyada mövcud olan mürəkkəblik kateqoriyası ləğv edilib. Kateqoriyalar üzrə yeni indikatorlar və xüsusi çəkilər müəyyən edilib;

Qiymətli kağızların dövriyyəsi göstəricisi ilk dəfə metodologiyaya daxil edilib;

Təkrarsığorta fəaliyyəti ilə əlaqədar sığortaçıların yalnız ölkə daxilindən qəbul etdikləri risklər üzrə hesablanmış təkrarsığorta haqlarının nəzərə alınması müəyyən edilmiş və bu göstəricinin çəkisi artırılıb;

Sistem əhəmiyyətliliyi indeksi 15 faiz bəndinə çatan və ya bunu keçən sığortaçılar sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilir;

Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar üçün “sığorta predmetlərinin sayı” göstəricisi tətbiq olunmur və bu göstəricinin çəkisi eyni kateqoriyadakı digər göstəriciyə əlavə olunur;

Sistem əhəmiyyətli sığortaçıların siyahısı hər il 1 sentyabr tarixinədək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilir.

Dəyişikliklər Mərkəzi Bankın bank sektoru üzrə tətbiq etdiyi sistem əhəmiyyətlilik metodologiyası ilə uzlaşdırılmaqla, sistem əhəmiyyətli maliyyə institutlarının müəyyən edilməsinə və vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.

Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/62466

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment