Neft və qaz


SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
02.09.2026

SOCAR və ABŞ-ın “Comstock Resources, Inc.” şirkəti arasında strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalanıb.

Sənədə əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” upstream aktivlərindəki iştirak payının 20 faizini, “Western Haynesville” upstream aktivlərindəki iştirak payının 15 faizini, həmçinin “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizini əldə edəcək. “Western Haynesville” aktivləri üzrə SOCAR-ın 15 faizlik iştirak payının həmin aktivlərə investisiya üzrə 15 faiz gəlirlilik əldə edildikdə, müvafiq şərtlərə uyğun olaraq 7,5 faizə endirilməsi nəzərdə tutulur.

Əməliyyatın ümumi dəyəri, standart alış qiyməti düzəlişləri nəzərə alınmaqla, 1,65 milyard ABŞ dolları təşkil edir. Əməliyyatın maliyyələşdirilməsi üçün müvafiq tədbirlər SOCAR tərəfindən planlaşdırılır. Tərəflər yekun alqı-satqı müqaviləsinin 31 oktyabr 2026-cı il tarixindən gec olmayaraq razılaşdırılmasını və imzalanmasını, eləcə də əməliyyatın zəruri dövlət və üçüncü tərəf təsdiqlərinin alınması da daxil olmaqla müvafiq şərtlərin yerinə yetirilməsindən sonra 31 dekabr 2026-cı il tarixinədək tamamlanmasını hədəfləyirlər.

Strateji tərəfdaşlıq çərçivəsində SOCAR-ın “Comstock” tərəfindən “Legacy Haynesville” və “Western Haynesville”də gələcəkdə yaradılacaq yeni imkanlarda müvafiq iştirak paylarına uyğun şəkildə iştirak etməsi planlaşdırılır. Bununla yanaşı, tərəflər “Comstock”un təbii qazının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: “Bu tərəfdaşlıq SOCAR və “Comstock”un zəngin təcrübəsini və geniş imkanlarını bir araya gətirərək strateji əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. “Haynesville” və “Western Haynesville” yataqlarının işlənməsi üzrə böyük təcrübəyə malik komanda ilə birgə investisiya yatırmaqdan məmnunuq və uzunmüddətli tərəfdaşlığımızın uğurla inkişaf edəcəyinə inanırıq.”

“Comstock” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru M. Cey Allison bildirib: “SOCAR ilə strateji tərəfdaşlığımızı elan etməkdən məmnunuq. Bu tərəfdaşlıq investorlarımız üçün dəyər yaradılmasını sürətləndirməyə töhfə verəcək nüfuzlu beynəlxalq strateji tərəfdaşın cəlb olunmasına, eyni zamanda borc yükümüzün əhəmiyyətli dərəcədə azaldılmasına və “Western Haynesville” ərazisinin planlaşdırılan işlənməsinin tam maliyyələşdirilməsinə imkan verəcək. Bununla yanaşı, “Comstock” upstream və midstream aktivləri üzrə operatorluğunu və nəzarətini saxlayacaq, ştirak payının mərhələli şəkildə azalmasını nəzərdə tutan mexanizm vasitəsilə də gələcək dəyər yaratma potensialını qoruyacaq.”

Qeyd edək ki, “Comstock” bütün upstream aktivlərinin operatoru olaraq qalacaq, “Pinnacle Gas Services LLC”nin idarə edilməsi və əməliyyat nəzarətini davam etdirəcək. Gələcək işlənmə proqramları, eləcə də qarşılıqlı maraq sahəsində yeni icarə və satınalmalar üzrə SOCAR-ın proporsional iştirakı yekun əməliyyat çərçivəsində ayrıca razılaşmalarla tənzimlənəcək.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment