Digər xəbərlər


Zəmanət və subsidiya mexanizminə necə müraciət etmək olar?
02.09.2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun zəmanət və subdisiya mexanizmindən yararlanmaq istəyən sahibkarlar üçün müraciət prosesi elektron şəkildə həyata keçirilir. Biznes kreditləri üzrə verilən zəmanət və subsidiyadan yararlanmaq istəyən sahibkar istənilən internet brauzeri vasitəsilə e-gov.az portalına daxil olaraq “Sahibkar xidmətləri” bölməsindən “Bütün xidmətlər” seçimini edir. Açılan siyahıda İqtisadiyyat Nazirliyinin xidmətləri arasından “Elektron Kredit və Zəmanət İnformasiya Sistemi”ni seçərək sistemə keçid edir və mövcud elektron imza vasitələrindən biri ilə sistemə daxil olur.

Sistemə daxil olduqdan sonra sahibkar müraciət etmək istədiyi VÖEN-i seçərək şəxsi səhifəsinə keçir. Burada Fondun təqdim etdiyi kredit məhsulları arasından “Güzəştli kredit” bölməsini seçdikdə elektron müraciət blankı açılır. Blankda kredit məhsulu, sahibkarlıq subyekti və rəhbər barədə məlumatlar avtomatik əks olunur. Sahibkar isə layihəsinin fəaliyyət sahəsini, adını və məqsədini, layihənin ümumi müddətini və məbləğini, eləcə də tələb etdiyi kredit məbləğini qeyd edir.

Bundan sonra sahibkar müraciət edəcəyi müvəkkil kredit təşkilatını təqdim olunan siyahıdan seçir, kreditin müddətini və güzəşt müddətini göstərir. Müraciətin davamında faktiki ünvan, layihənin həyata keçiriləcəyi ünvan, iş və mobil telefon nömrələri, həmçinin elektron poçt ünvanı qeyd olunur. Layihənin həyata keçiriləcəyi əmlakla bağlı isə qeydiyyat və reyestr nömrəsi sistemə daxil edilir və ya həmin əmlaka dair müvafiq sənəd yüklənilir.

Bütün məlumatlar daxil edildikdən sonra sahibkar müraciəti yadda saxlayaraq göndərməzdən əvvəl məlumatları bir daha yoxlaya və dəqiqləşdirə bilər. Məlumatların düzgünlüyü təsdiq edildikdən sonra müraciət elektron qaydada göndərilir. Müraciətin sonrakı mərhələlərində isə sahibkar onun statusunu “Elektron Kredit və Zəmanət” informasiya sistemi üzərindən izləyə bilər.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment