Digər xəbərlər


“e-müqavilə” altsistemində “Təhvil-təslim aktının yaradılması” funksiyası istifadəyə verilib
01.09.2026

Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal yanaşmanın daha da genişləndirilməsi, şəffaflığın artırılması və vahid informasiya mühitinin inkişaf etdirilməsi istiqamətində islahatları davam etdirir. Bu məqsədlə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkib hissəsi olan “e-müqavilə” altsisteminin funksional imkanları daha da artırılıb.

1 sentyabr 2026-cı il tarixindən etibarən “e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə bağlanılmış müqavilələrin icrasını təsdiq edən “Təhvil-təslim aktının yaradılması” funksiyası istifadəyə verilib. Bu yeni funksionallıqla dövlət satınalmalarında satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim prosesinin bütün mərhələləri, o cümlədən təhvil-təslim aktlarının yaradılması, imzalanması və statusunun izlənilməsi rəqəmsal mühitdə daha çevik həyata keçiriləcək.

Yeni modulun tətbiqi kağız sənəd dövriyyəsinin azaldılmasına, proseslərin sürətləndirilməsinə, məlumat mübadiləsinin operativliyinin artırılmasına və müqavilələrin icrasına nəzarətin daha səmərəli təşkilinə imkan verəcək. Bununla da satınalma müqaviləsinin bağlanmasından icrasının rəsmiləşdirilməsinə qədər olan prosesin daha bir mühüm mərhələsi vahid rəqəmsal mühitə inteqrasiya olunub.

Qeyd edək ki, “e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir. 10 aprel 2026-cı il tarixindən istifadəyə verilən altsistemdə bu günədək ümumi dəyəri 2 milyard manatdan çox olan 5500-dən çox müqavilə elektron formada imzalanıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment