Digər xəbərlər


Ölkəmizdə Facemark və From Science to Health şirkətlərinin birgə təşkilatçılığı ilə "İdarəetmənin Anatomiyası" konsept mesajıyla Səhiyy&
01.09.2026

Ölkəmizdə tədbirlərin təşkili istiqamətində ixtisaslaşmış Facemark şirkəti və səhiyyə və xəstəxana idarəetməsi sahəsində fəaliyyət göstərən, bu istiqamətdə rəsmi qeydiyyatdan keçmiş ilk ixtisaslaşmış konsaltinq şirkəti olan From Science to Health şirkətləri tərəfindən təşkil olunan Səhiyyə Menecmenti Forumu 26 noyabr 2026-cı il tarixində The Ritz-Carlton otelində keçiriləcək. "İdarəetmənin Anatomiyası" konsepti altında keçiriləcək forum ölkənin səhiyyə sektorunda menecment mədəniyyətinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Forumun əsas ideyası bədəni tanımadan onu sağaltmaq mümkün olmadığı kimi, sistemi tanımadan onu idarə etmək də mümkün olmadığı üzərinə qurulub. Bu baxışdan çıxış edən təşkilatçılar həkimlərin çox zaman menecment təhsili olmadan rəhbər vəzifələrə təyin edildiyi reallığına diqqət çəkərək, iştirakçılara sistemli idarəetmə yanaşmasını mənimsətməyi qarşılarına məqsəd qoyublar.

Bir günlük forum saat 09:00-da qeydiyyatla başlayacaq və altı tematik panel ətrafında qurulacaq: idarəetmə və rəhbərlik (governance), xəstəxanaların maliyyələşdirilməsi və dayanıqlı idarəetməsi, rəqəmsallaşdırma və süni intellekt, strateji xəstəxana idarəçiliyi, səhiyyədə xanım liderlər, həmçinin həkimlərin tükənmişliyi və peşəkar rifahı mövzuları.

Günün ilk yarısında panellər 400 nəfərlik ümumi zalda keçiriləcək, günortadan sonra isə proqram iki paralel zalda davam etdiriləcək. Forum çərçivəsində, ayrı zalda, dörd istiqamətdə praktiki masterklaslar da təşkil olunacaq: Tibbdə süni intellekt alətləri, Strateji marketinq metodları, Çevik liderlik və bədən dili, həmçinin Tibbi turizm və gələcəyin səhiyyə modelləri.

Forum xəstəxana və klinika rəhbərləri, baş həkimlər, tibb menecerləri, səhiyyə sahəsində qərar qəbul edən şəxslər və sahəyə töhfə vermək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

Tədbirə bilet əldə etmək üçün maraqlananlar +994 51 316 51 18 əlaqə nömrəsi ilə əlavə məlumat ala bilər, həmçinin rəsmi vebsayta keçid edərək ətraflı məlumat əldə edə bilərlər.

Vebsayt: www.smforum.az

Səhiyyə Menecmenti Forumu sosial mediada:

Instagram: smfbaku

Facebook: Səhiyyə Menecmenti Forumu 26

LinkedIn: Səhiyyə Menecmenti Forumu 26

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment