Dünya xəbərləri


Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda silsilə tədbirlər çərçivəsində təqdim olunub
28.08.2026

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 21-27 avqust tarixlərində Qazaxıstan və Özbəkistanda tanıtım xarakterli silsilə tədbirlər keçirilib.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 8 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə baş tutan proqram Şımkent, Almatı, Astana və Daşkənd şəhərlərini əhatə edib.

Qazaxıstan və Özbəkistanda keçirilən tədbirlərdə ümumilikdə 400-dən çox turizm agentliyi, turoperator, aviaşirkət, hotel, media qurumu və turizm sənayesinin digər nümayəndələri iştirak edib. Tədbirlər çərçivəsində Azərbaycanın ilboyu zəngin turizm imkanları, turizm sahəsindəki son yeniliklər və müxtəlif turizm məhsulları barədə təqdimatlar nümayiş olunub.

İştirakçılara Xəzər dənizi sahilində istirahət, dağ-xizək mərkəzləri, sağlamlıq turizmi, qastronomiya, macəra və aktiv istirahət, mədəni turizm imkanları, eləcə də ölkənin müasir turizm infrastrukturu haqqında məlumat verilib.

Silsilə tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlər Qazaxıstan və Özbəkistanın turizm sənayesi nümayəndələri ilə azərbaycanlı tərəfdaşlar arasında əməkdaşlıq perspektivlərinin və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb.

Tədbirlər zamanı, həmçinin iştirakçılara Azərbaycanın zəngin mədəniyyəti, milli mətbəxi və ənənəvi rəqsləri təqdim olunub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 62 079 nəfərə çatıb. Eyni dövrdə Özbəkistandan Azərbaycana səfər edənlərin sayı isə 40,2% artaraq 42 288 nəfər təşkil edib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment