Banklar


Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “NƏHƏNG QAYIDIŞ”
25.08.2026

7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT

Yeni dərs ili ərəfəsində ailələrin artan məktəb xərclərini daha çevik idarə etməsinə dəstək olmaq məqsədilə Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsi “Nəhəng qayıdış” kampaniyasına start verib. Kampaniya məktəb üçün zəruri alış-verişləri bir dəfəyə qarşılamaq, ödəniş yükünü isə növbəti aylara bölmək imkanı yaratmaqla valideynlərə əlavə maliyyə rahatlığı təqdim edir.

25 avqust – 30 sentyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində “Ofisait” mağazalarında Rabitəbankın Kartmane Taksit kartı ilə alış-veriş edən müştərilər 7%-dək keşbek əldə edə biləcəklər. Bununla yanaşı, Kartmane Taksit kartı ilə edilən alış-verişləri 6 ayadək faizsiz taksitə bölmək mümkündür.

Beləliklə, kampaniya məktəbə hazırlıq dövrünün əsas ehtiyaclarını vahid alış-veriş çərçivəsində qarşılamaqla yanaşı, xərclərin ailə büdcəsinə təsirini daha balanslı şəkildə bölüşdürməyə şərait yaradır. Valideynlər yeni tədris ili üçün tələb olunan məhsulları indi əldə edib ödənişlərini növbəti aylara keçirə, eyni zamanda alış-verişdən əlavə keşbek qazana bilərlər.

Kampaniya paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Xırdalan, Gəncə, Tovuz, Qazax,  Şamaxı, Mingəçevir, Şəmkir, Göyçay, Ağdaş, İsmayıllı, Bərdə və Xankəndidə yerləşən “Ofisait” mağazaları daxil olmaqla, şəbəkənin 40-dan çox satış nöqtəsində keçərlidir. Bu isə kampaniyanın təqdim etdiyi üstünlüklərdən həm paytaxtda, həm də regionlarda yaşayan müştərilərin yararlanmasına şərait yaradır.

Rabitəbank Kartmane ilə gündəlik maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə müştərilərinin xərclərini daha çevik idarə etməsinə dəstək göstərir. “Nəhəng qayıdış” kampaniyası da yeni dərs ili ərəfəsində faizsiz taksit və keşbek üstünlüklərini bir araya gətirərək məktəb alış-verişinin maliyyə yükünü daha rahat idarə olunan formaya çevirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment