Digər xəbərlər


Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur
21.08.2026

2015-ci ildən etibarən Mastercard-da yüksək vəzifələrdə çalışan Avşar Gürdal yeni dövrdə Mastercard Şərqi Avropa regionunun prezidenti vəzifəsini icra edəcək.

Daha əvvəl Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri vəzifəsində çalışan Gürdal regiondakı təcrübəsi ilə Mastercard-ın Şərqi Avropadakı 12 ölkəsinə rəhbərlik edəcək.

Bakı, Azərbaycan; 2026: Ödəniş texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan Mastercard Şərqi Avropa regionunda yüksək səviyyəli təyinat həyata keçirib. Daha əvvəl Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri vəzifəsində çalışan, daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar, Risk və Analitika üzrə baş vitse-prezident vəzifəsini icra edən Avşar Gürdal sentyabrın 1-dən etibarən Mastercard Şərqi Avropa regionunun prezidenti vəzifəsinə başlayacaq.

Gürdal yeni vəzifəsində Mastercard-ın Şərqi Avropa regionunda biznes strategiyasının formalaşdırılması və həyata keçirilməsinə, regional inkişaf prioritetlərinin reallaşdırılmasına, müştərilər və biznes tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə, eləcə də ödəniş texnologiyaları ekosistemində innovativ həllərin daha geniş tətbiqinə cavabdeh olacaq.

Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri olduğu dövrdə Gürdal şirkətin hər iki bazarda strateji prioritetlərinin həyata keçirilməsinə, rəqəmsal ödəniş həllərinin daha geniş yayılmasına və Azərbaycanda nağdsız ödəniş ekosisteminin inkişafına töhfə verib. Mastercard daxilində müxtəlif rəhbər vəzifələrdə qazandığı təcrübəyə əsaslanaraq, Gürdal yeni vəzifəsində Şərqi Avropanın dinamik və sürətlə inkişaf edən bazarlarında şirkətin inkişaf yolunu daha da irəli aparmağı hədəfləyəcək.

Avşar Gürdal kimdir?

Karyerasına Unilever-də başlayan Avşar Gürdal PRG və Value Partners şirkətlərində çalışdıqdan sonra 2015-ci ildə Mastercard Advisors-a qoşulub. 2016-cı ildə Mastercard-da Müştəri Münasibətlərinin İdarə Edilməsi üzrə direktor təyin olunan Gürdal 2019-cu ildə Mastercard Türkiyə üzrə vitse-prezident vəzifəsini icra etməyə başlayıb. 2022-ci ildə Mastercard Türkiyə və Azərbaycan üzrə baş menecer təyin olunan Gürdal daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar və Analitika üzrə baş vitse-prezident vəzifəsində çalışıb.

Gürdal Boğaziçi Universitetinin Maşın mühəndisliyi fakültəsinin məzunudur və Koç Universitetində MBA dərəcəsi alıb.


Mastercard haqqında

Mastercard olaraq dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatları və insanları gücləndirmək üçün çalışırıq. Müştərilərimizlə birlikdə hər kəsin faydalana biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Geniş çeşiddə rəqəmsal ödəniş imkanları təqdim edərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz bir araya gələrək insanların, bizneslərin və dövlət qurumlarının öz ən yüksək potensiallarını reallaşdırmasına kömək edən unikal məhsul və xidmətlər portfeli təqdim edir.

mastercard.com


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment