Neft və qaz


Azərbaycan Respublikası Dövlət Neft Fonduna "Yay Təcrübə Proqramı 2026"nın bağlanış mərasimi keçirilib
21.08.2026

ARDNF-də 2026-cı il üzrə Yay Təcrübə Proqramının bağlanış tədbiri keçirilib.

Tədbirin əvvəlində iştirakçıları salamlayan İnsan resursları departamentinin baş mütəxəssisi Rəna Xalikova proqramın builki nəticələri barədə məlumat verib. Ardınca "ARDNF-də yay necə keçir? Yay Təcrübə Proqramı: iştirakçıların dilindən" adlı videoçarx nümayiş olunub.

Tədbir İcraçı direktorun müşaviri Vadim Pşeniçnıy və İnsan resursları departamentinin direktoru Nigar Braunun iştirak etdiyi panel müzakirəsi ilə davam edib. Panel çərçivəsində Fondun fəaliyyət istiqamətləri və iş prinsipləri, peşəkar fəaliyyətin müxtəlif mərhələləri, karyera seçimi və iş mühitində qarşıya çıxan imkan və çağırışlar barədə fikir mübadiləsi aparılıb. Panelistlər öz peşəkar təcrübələrindən nümunələr paylaşaraq iştirakçıların suallarını cavablandırıb və karyera inkişafı ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Daha sonra İnvestisiya departamentinin direktor müavini-şöbə müdiri İqrar İsgəndərov "Təcrübə proqramının karyeraya təsiri" mövzusunda çıxış edib. Təcrübə proqramlarının gənclərin peşəkar inkişafında rolu, praktiki bilik və bacarıqların formalaşmasına verdiyi töhfə və gələcək karyera istiqamətinin müəyyənləşdirilməsi baxımından yaratdığı imkanlar çıxışın əsas mövzularını təşkil edib.

Tədbirin sonunda təcrübəçilərə proqramı uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub. Dünyanın aparıcı investisiya şirkətlərindən biri olan "Franklin Templeton" ilə pilot layihə çərçivəsində təşkil edilmiş xüsusi təlim proqramının iştirakçıları isə əlavə olaraq həmin şirkətin sertifikatları ilə təltif ediliblər.

Qeyd edək ki, iki ay davam edən “Yay Təcrübə Proqramı”nda iştirakçılar ARDNF-nin müxtəlif struktur bölmələrində əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktiki bilik və vərdişlərə yiyələnib və Fondun əsas fəaliyyət istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Həmçinin təcrübəçilərin peşəkar və şəxsi inkişafını dəstəkləmək məqsədilə ARDNF əməkdaşları tərəfindən bir sıra daxili təlimlər təşkil olunub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment