BOKT "EMBAFİNANS" QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
20.08.2026
20 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "EMBAFİNANS" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 01.09.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT "EMBAFİNANS" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2017020606
İstiqrazın növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / forması
Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı
30,000 (ədəd)
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
3,000,000 manat
İllik gəlirlilik faizi
13%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üc) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir