"FERRUM CAPİTAL" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
20.08.2026
11 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2024022280 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 20.08.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FERRUM Kapital” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2024022280
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
14%
Hərrac qiyməti
100 manat
İstiqrazların reallaşdırılmış həcmi
1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
1,000,000 manat
İnvestor sayı
52
Sifariş sayı
52
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir ödənilir. (ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə)