Digər xəbərlər


Azərbaycan və Türkiyənin risk peşəkarları arasında strateji əməkdaşlıq memorandumu imzalanıb
18.08.2026

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA İB) ilə Türkiyə Kurumsal Risk Yönetimi Derneği (KRYD) arasında iki ölkənin risk idarəedilməsi sahəsindəki fəaliyyətini gücləndirmək və birgə layihələr həyata keçirmək məqsədilə Anlaşma Memorandumu (MoU) imzalanıb. 

İmzalama mərasimində hər iki qurumun rəhbər şəxsləri və nümayəndə heyətləri iştirak ediblər.Görüşdə Türkiyə tərəfini KRYD Yönetim Kurulu Başkanı Bora Akdoğanlar, Yönetim Kurulu Üyesi / Başkan Yardımcısı A. Arda Koçyan və Yönetim Kurulu Üyesi / Başkan Yardımcısı Volkan Can təmsil ediblər. Azərbaycan tərəfindən isə ARPA İB İdarə Heyətinin sədri Günay Şahbazova, ARPA Risk Komitəsinin sədri Cəlal Rayi, Risk Komitəsinin üzvləri Ramin Rəhimov, Miradəm Ağayev və assosiasiyanın əməkdaşları iştirak ediblər.

Rəsmi imzalama mərasimindən sonra tərəflər arasında iki qardaş ölkənin risk istiqamətindəki mövcud vəziyyəti, qlobal trendlər, qarşılıqlı təcrübə mübadiləsi və gələcək strateji hədəflər ətrafında geniş müzakirələr aparılıb. Görüş zamanı həm rəqəmsal, həm də korporativ risklərin idarə olunmasında birgə təlim, sertifikasiya və maarifləndirmə proqramlarının təşkili barədə ortaq razılığa gəlinib. 

ARPA İB İdarə Heyətinin sədri Günay Şahbazova çıxışında bu sənədin regional əməkdaşlıq baxımından tarixi əhəmiyyətini vurğulayıb: "Türkiyənin bu sahədəki qabaqcıl qurumu olan KRYD ilə imzaladığımız memorandum, Azərbaycanda risk idarəedilməsi mədəniyyətinin beynəlxalq standartlara uyğun inkişafına və hər iki ölkənin peşəkarları arasında sarsılmaz bir körpünün qurulmasına xidmət edəcək." 

KRYD Yönetim Kurulu Başkanı Bora Akdoğanlar isə öz növbəsində Bakıda göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək bildirib: "Azərbaycanlı həmkarlarımızla risk idarəedilməsi və strateji dözümlülük mövzusunda eyni hədəfləri bölüşməkdən qürur duyuruq. Bu əməkdaşlıq hər iki qardaş ölkənin korporativ ekosisteminə böyük dəyər qatacaq." 

Tədbir rəsmi imzalama və xatirə fotolarının çəkilişindən sonra çay və şirniyyat süfrəsi ətrafında səmimi müzakirələrlə davam edib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti üçün İçərişəhər mədəniyyət turu və rəsmi şam yeməyinin təşkili də nəzərdə tutulub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment