Digər xəbərlər


“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb
18.08.2026

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

Avqustun 17-dən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən büdcə təşkilatlarının nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb.

5 gün davam edəcək təlimlərin məqsədi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərən əməkdaşlarının “e-mühasibat” altsisteminin funksional imkanları və istifadə qaydaları, mühasibat uçotunun elektron qaydada aparılması, habelə sistemdə nəzərdə tutulan digər funksionallıqlar barədə məlumatlandırılmasıdır. Eyni zamanda, təlim çərçivəsində altsistemdə ilkin qalıqların daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun aparılması, anbarlar və struktur bölmələri arasında yerdəyişmə əməliyyatlarının həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə olunması prosesləri praktiki nümunələr əsasında izah ediləcək.

Təlimin ilk günündə iştirakçılara “e-mühasibat” altsistemi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, altsistem mühasibat uçotunun elektron qaydada aparılmasını, maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini, həmçinin mühasibat uçotu ilə bağlı beynəlxalq standartların, hüquqi aktların və maarifləndirici məlumatların elektron mühitdə təqdim edilməsini təmin edir.

Daha sonra interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, onlara sistemin istifadəsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2026-cı il 20 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması  RDMİS vasitəsilə həyata keçirilməlidir.

Bütövlükdə, “e-mühasibat” altsisteminin tətbiqi dövlət sektorunda mühasibat uçotu və maliyyə hesabatlılığı proseslərinin rəqəmsallaşdırılmasına, məlumatların vahid informasiya sistemində idarə olunmasına, proseslərin operativliyinin və şəffaflığının artırılmasına xidmət edir. Eyni zamanda, altsistemin tətbiqi dövlət maliyyəsinin idarə edilməsində GRP (Government Resource Planning) yanaşmasının mərhələli şəkildə formalaşdırılması, maliyyə və resursların vahid rəqəmsal mühitdə idarə olunması və müasir rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment