Neft və qaz


2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib
14.08.2026

2025-ci il ərzində qlobal enerji bazarları geosiyasi qeyri-müəyyənliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də təbii qaza artan tələbin təsiri altında olub. SOCAR isə strateji inkişaf prioritetlərinə uyğun olaraq, ötən ildə də beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirində mövqeyini daha da gücləndirib, əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fəaliyyətini uğurla həyata keçirib.

2025-ci il ərzində SOCAR strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını davam etdirib. Bu əməliyyatlara “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti 12,6 milyard manat təşkil edib. Əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manata çatmış, xalis mənfəəti isə təxminən 3,0 milyard manat olub. Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26% artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.

Aşağıda 2021–2025-ci illəri əhatə edən dövr üçün EBITDA göstəricilərinə dair məlumat təqdim olunur (milyard manatla).

Qeyd edək ki, əməliyyat fəaliyyəti nəticəsində mənfəətdə yaranan artım, həmçinin pul vəsaitlərinin hərəkətinə təsir edib. Belə ki, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətində də 136% artım əldə olunub.

SOCAR ölkənin strateji enerji şirkəti olmaqla yanaşı, dövlət büdcəsinə ən çox vergi ödəyən və ölkə üzrə ən iri işəgötürən olaraq birinci yerdə qərarlaşır. SOCAR-ın ödədiyi vergilər ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir, şirkətin genişmiqyaslı investisiya və sosial layihələri isə həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də insan kapitalının inkişafına xidmət edir.

SOCAR tərəfindən 2025-ci ildə dövlətə 3,8 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər edilib. Ümumiyyətlə, 2021-2025-ci illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 15,9 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub. Bununla yanaşı, qeyd olunan 2021-2025-ci illər ərzində SOCAR-a dövlət tərəfindən cəmi 1,6 milyard manat həcmində vəsait yatırılıb.

Aşağıda 2021–2025-ci illəri əhatə edən dövr üçün SOCAR tərəfindən dövlətə olan ödənişlər və dövlət tərəfindən SOCAR-a ayrılan vəsaitlər haqqında məlumat təqdim olunur (milyard manatla).

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

Hesabat ilə bu keçid (https://socar.az/mediafiles/reports/maliyye-hesabatlari/az/IFRS_Consolidated_report_2025_AZE.pdf) vasitəsilə tanış olmaq mümkündür.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment