PAŞA Sığorta avtomobil sahibləri üçün Tam KASKO sığortası üzrə xüsusi kampaniya keçirir. Kampaniya çərçivəsində müştərilər Tam KASKO məhsulunu 20% endirimlə əldə edirlər. Təklif 6 avqust – 31 avqust tarixləri arası qüvvədədir. Bu aksiya avtomobilini daha sərfəli şərtlərlə tam təminat altına almaq istəyən hər kəs üçün əlverişli imkan yaradır. Tam KASKO qəza zamanı təqsirin kimdə olmasından asılı olmayaraq avtomobilə dəyən zərərin qarşılanmasını təmin edir. Üstəlik, icbari avtomobil sığortasının təmin etmədiyi bir sıra digər riskləri də əhatə edir.
Kampaniyadan yararlanmaq istəyənlər heç yerə getmədən “PAŞA Sığorta”nın rəsmi VEB-SAYTINDA FORMANI doldura və ya rəsmi Instagram səhifəsindən müraciət edə bilərlər.