Digər xəbərlər


“Mastercard” qlobal stabilkoin imkanlarını genişləndirmək üçün BVNK-nın satınalma prosesini tamamlayıb
10.08.2026

Bu satınalma rəqəmsal aktivlər və ənənəvi ödəniş infrastrukturu arasında inteqrasiyanı gücləndirərək, geniş miqyasda təhlükəsiz və qarşılıqlı işlək dəyər mübadiləsini təmin edir.

Avqust 2026, Bakı, Azərbaycan - “Mastercard” BVNK şirkətinin satınalma prosesini tamamlayıb. Bununla şirkət fiat və rəqəmsal valyutalar arasında qarşılıqlı işləkliyi təmin etməklə, fərdi şəxslər və biznes subyektləri üçün dəyər mübadiləsi sahəsində daha geniş seçim imkanları yaratmağa yönəlmiş strategiyasını daha da gücləndirib. 

“Rəqəmsal valyutalar, xüsusilə stabilkoinlər, transsərhəd B2B ödənişləri, pul köçürmələri, vəsait ödənişləri, hesablaşmalar və xəzinədarlıq əməliyyatları kimi sahələrdə real ehtiyacları getdikcə daha geniş şəkildə qarşılayır. Fiat valyutalarının, stabilkoinlərin, tokenləşdirilmiş depozitlərin və digər dəyər formalarının yanaşı mövcud olduğu çoxvalyutalı dünyada ödənişlərin gələcəyini müxtəlif ödəniş infrastrukturlarının, şəbəkələrin və pul formalarının bir-biri ilə nə dərəcədə effektiv əlaqələnməsi və qarşılıqlı işləməsi müəyyən edəcək. “Mastercard”ın qlobal şəbəkəsini BVNK-nın blokçeyn infrastrukturu və stabilkoin texnologiyası ilə birləşdirərək daha səmərəli, etibarlı və qüsursuz ödəniş təcrübəsi təqdim edə bilərik”, - “Mastercard”ın Baş Məhsul Direktoru Jorn Lambert bildirib.

BVNK-nın təqdim etdiyi infrastruktur arxa planda fiat və blokçeyn əsaslı ödənişləri dəstəkləyərək fərdi şəxslərə, bizneslər subyektlərinə və avtomatlaşdırılmış sistemlərə təhlükəsizlik, tənzimləyici tələblərə uyğunluq və qarşılıqlı işləkliyin təmin olunduğu mühitdə fiat və rəqəmsal valyutalar arasında vəsaiti saxlamaq, köçürmək, idarə etmək və konvertasiya etmək imkanı yaradır.

BVNK-nın texnologiyası və bu sahədəki dərin təcrübəsinin “Mastercard”ın qlobal imkanları ilə birləşdirilməsi maliyyə institutlarına, fintexlərə və biznes subyektlərinə stabilkoinlər və tokenləşdirilmiş aktivlər əsasında qurulan həllərin tətbiqini genişləndirməyə kömək edəcək. Bu həllər transsərhəd B2B ödənişlərindən və vəsait ödənişlərindən hesablaşma və xəzinədarlıq əməliyyatlarınadək geniş istifadə istiqamətlərini əhatə edir. 

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment