"ZİRAAT BANK AZƏRBAYCAN" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
06.08.2026
6 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ZİRAAT BANK AZƏRBAYCAN" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 10.08.2026-cı il tarixində başlayıb və 21.08.2026-cı il tarixində (10 iş günü davam edəcəkdir) bitəcəkdir.
AZ2001019606 İSİN kodlu istiqrazların yerləşdirilməsi 26.08.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"ZİRAAT BANK AZƏRBAYCAN" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001019606
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
150,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
15,000,000 manat
İllik gəlirlilik faizi
10.5%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir