Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
04.08.2026
5 və 6 avqust 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti
(gün)
İSİN
Hərrac
tarixi
Hərraca çıxarılan məbləğ (manat)
Nominal
Miqdar
Notun ödəniş tarixi
28
AZ2687024706
05.08.2026
75.000.000
100.000
750
02.09.2026
84
AZ2686024707
06.08.2026
50.000.000
100.000
500
29.10.2026
168
AZ2685024708
05.08.2026
50.000.000
100.000
500
20.01.2027
252
AZ2684024709
06.08.2026
25.000.000
100.000
250
15.04.2027
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.