Neft və qaz


SOCAR-ın 2026-cı ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri
28.07.2026

Cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3% artaraq 24 min metr1 təşkil edib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton2 neft, 1,8 milyard kubmetr3 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq, 12,8 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan5 çox xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan6 çox neft ixrac edilib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr7, istehlakı isə təqribən 2,5 milyard kubmetr8 təşkil edib. Təbii qaz ixracında 0,5 %, istehlakında isə 4,9 % artım qeydə alınıb.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan9 çox neft, 679 milyon kubmetr10 qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.


2026

1. 23.684 metr

2. 1.711.274 ton

3. 1.783.530.000 kubmetr

4. 12.813.077.000 kubmetr

5. 6.636.348 ton

6. 3,342,259 ton

7. 6.302.091.000 kubmetr

8. 2.472.209.000 kubmetr

9. 1.416.231 ton

10. 679.069.820 kubmetr

11. 556.386 ton

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment