Sığorta


“PAŞA Sığorta” I yarımildən 15 milyon manata yaxın xalis mənfəətlə çıxdı
27.07.2026

“PAŞA Sığorta” ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. Şirkət yanvar-iyun aylarında 14,55 milyon manat xalis mənfəət əldə edib. 

Gəlirləri 25%-dən çox artıb

6 ay ərzində “PAŞA Sığorta”nın gəlirləri ötən ilin eyni dövrünə nisbətən 25,2% çox – 191,8 milyon manat təşkil edib. O cümlədən şirkət əsas əməliyyat gəlirlərini 14,8% artıraraq 210 milyon manata, investisiya gəlirlərini 61,3% artıraraq 13,7 milyon manata, digər gəlirlərini isə 32,35% artıraraq 1,6 milyon manata çatdırıb və xalis sığorta ehtiyatlarının dəyişməsindən yaranmış 33,4 milyon manat zərəri artıqlaması ilə kompensasiya edib. 

Şirkətdə müştəriyönümlülük qorunmaqdadır

“PAŞA Sığorta” I yarımildə 209,1 milyon manat sığorta haqqı toplayıb, 81,75 milyon manat sığorta ödənişi edib. Bunlar, illik müqayisədə müvafiq olaraq 14,7% və 25,9% çoxdur. Göründüyü kimi, şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini hələ də üstələyir, bu isə onun fəaliyyətində müştəriyönümlülüyün qorunmasından xəbər verir. 

İnvestisiya portfelinin dəyəri 272 milyon manatı keçib

Son 1 ildə “PAŞA Sığorta”nın investisiya portfeli 17,5% artım nümayiş etdirərək bu il iyunun 30-na 272,3 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 146 milyon manatı depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin məbləği 2,3 dəfə artıb. Depozitlərin yarım illik gəlirliliyi isə 2,5 dəfə artımla 6,4 milyon manata yüksəlib. 

Hesabat tarixinə sığortaçı həmçinin 101,2 milyon manat dəyərində istiqrazlara, cümlədən 95,2 milyon manatlıq dövlət və 6 milyon manatlıq qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər investisiyalarının dəyəri isə 2,9% artımla 25,1 milyon manat təşkil edib. Yeri gəlmişkən, onun digər investisiyalarının 6 aylıq gəlirliliyi 11,2 dəfə artımla 3,6 milyon manata çatıb. 

Aktivləri yarım milyard manata yaxındır

2026-cı il iyunun sonuna “PAŞA Sığorta” 468,8 milyon manatlıq aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 28,8% çoxdur. O cümlədən, şirkət aktivlər üzrə 93,2 milyon manat sığorta ehtiyatlarına malikdir ki, bu da 2025-ci il cari dövrü ilə müqayisədə 2,55 dəfə artım deməkdir.

Hesabat dövründə “PAŞA Sığorta”nın öhdəlikləri 38% artımla bu il iyunun 30-na 370,1 milyon manata yüksəlib. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 37,1% çox – 310,7 milyon manat olub.

Sığortaçının balans kapitalı 98,7 milyon manat (3,1% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) təşkil edib. Halbuki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi “Sığortaçının tələb olunan kapitalının minimum məbləği” 5 milyon manatdır. Bu isə “PAŞA Sığorta”nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin olmamasından xəbər verir. 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment