Neft və qaz


ARDNF-nin 2026-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumat
23.07.2026

2026-cı ilin yanvar-iyun ayları üzrə:

ARDNF-nin aktivləri 72,6 milyard ABŞ dolları (123 milyard manat) təşkil etmişdir.

Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlər 3,6 milyard manat təşkil etmişdir.

Neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 4,9 milyard manat olmuşdur.

Dövlət büdcəsinə ARDNF tərəfindən 6,4 milyard manat köçürülmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 542 milyon ABŞ dolları (125 021 milyon manat), 2026-cı il iyun ayının 30-na isə, 72 596 milyon ABŞ dolları (123 414 milyon manat) təşkil etmişdir.

2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 531, 3 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 953,4 milyon manat olmuşdur. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 577,9 milyon manat təşkil etmişdir. Büdcə xərcləri hesabat dövrü üzrə 6 449,7 milyon manat təşkil etmişdir.

Neft-qaz gəlirləri:

ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 953,4 milyon manat olmuşdur, o cümlədən:

mənfəət neftinin və qazın satışından 4 947,6 milyon manat,

bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat

akrhesabı ödənişləri 4,9 mln manat

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 374,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 437,1 milyon manat məbləğində vəsait daxil olmuşdur.

Büdcə xərcləri:

Büdcəyə transfert. Hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 6 420,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Layihə xərcləri. 2026-cı ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 14,3 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 2,1 milyon manat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 12,3 milyon manat.

İdarəetmə xərcləri.Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,4 milyon manat təşkil etmişdir.

Büdcədənkənar xərclər:

Hesabat dövründə qızıl qiymətinin və valyuta məzənnələninin dəyişməsindən yaranan büdcədənkənar xərc 3 688,1 milyon manat təşkil etmişdir.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunmuş və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərmişdir. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunmuş, müsbət gəlirlilik əldə edilmiş, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə vermişdir.

Birinci rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləmişdir. Birinci rübün sonlarından etibarən bu meyil əksinə dönmüş, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirmiş və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olmuşdur. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir etmiş, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirmişdir.

Qlobal səhm bazarları birinci rübün əvvəlində müsbət nəticələr göstərmiş, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən birinci rübün qalan hissəsində geriləmişdir. İkinci rübdə bazarlarda bərpa müşahidə edilmiş, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olmuşdur. İkinci rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərmiş və volatillik yenidən artmışdır.

Qızılın qiyməti birinci rübün əvvəlində kəskin artmış, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olmuşdur. Birinci rübün sonunda isə qiymətlər kəskin azalmış və real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində davam etmişdir.

 


     



07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
 
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment