Banklar


Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
02.07.2026

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Unibank ixrac və idxal əməliyyatlarının dəstəklənməsi, eləcə də Azərbaycan bizneslərinin, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) maliyyələşməyə çıxışının artırılması məqsədilə ticarət maliyyələşdirmə xətti üzrə 7 milyon ABŞ dolları məbləğində saziş imzalayıblar.

Yeni maliyyə xətti beynəlxalq ticarətin dəstəklənməsinə və Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə xidmət edəcək. 

Maliyyə xətti uyğun ticarət əməliyyatları üçün qısamüddətli maliyyələşdirmə təmin edəcək, şirkətlərin ticarət fəaliyyətinin davamlılığını dəstəkləyəcək və onların regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirəcək.

BSTDB-nin Prezidenti, Dr. Serhat Köksal bildirib: “Ticarətin asanlaşdırılması və özəl sektorun dəstəklənməsi BSTDB-nin əsas fəaliyyət istiqamətlərindəndir. Unibank ilə əməkdaşlığa başlayaraq, Azərbaycandakı aktiv maliyyə vasitəçiləri şəbəkəmizi genişləndirməkdən məmnunuq. Bu maliyyə xətti vasitəsilə Bank Azərbaycan bizneslərinə, o cümlədən KOB-lara, kommersiya fəaliyyətlərini genişləndirməkdə və regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirməkdə dəstək göstərəcək.”

“Unibank”ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:  “ BSTDB ilə tərəfdaşlığımızın bərpasından və yeni ticarət maliyyələşdirmə xətti vasitəsilə bu əməkdaşlığın daha da gücləndirilməsindən məmnunuq. Ticarət maliyyələşdirməsinə çıxışın genişləndirilməsi Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Bu maliyyə xətti müştərilərimizə əlavə maliyyələşdirmə imkanları təqdim etməyə, beynəlxalq ticarət fəaliyyətlərini genişləndirməyə və ölkənin özəl sektorunun dayanıqlı inkişafına töhfə verməyə imkan yaradacaq.”

Bakıda keçirilən BSTDB Biznes Forumu çərçivəsində imzalanan saziş BSTDB ilə Unibank arasında əsası 2005-ci ildə qoyulan əməkdaşlığın davamıdır. Əvvəlki maliyyələşdirmə proqramları çərçivəsində BSTDB yerli KOB-lara verilən təxminən 150 subkrediti dəstəkləyib və ümumi məbləği 24,7 milyon ABŞ dolları olan 31 ticarət əməliyyatını maliyyələşdirib.

BSTDB haqqında

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq maliyyə institutudur. Bankın baş qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. BSTDB üzv ölkələrdə dövlət və özəl sektor layihələrinin, eləcə də ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital yatırımları və zəmanətlər təqdim etməklə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir.

Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. BSTDB haqqında ətraflı məlumat üçün: www.bstdb.org

Unibank haqqında

Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib.   

Bank haqqında daha ətraflı: https://unibank.az/az 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment