Neft və qaz


ARDNF-nin İcraçı direktoru İtaliyaya işgüzar səfəri çərçivəsində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edib
19.06.2026

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya işgüzar səfəri çərçivəsində 17–19 iyun tarixlərində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edib. Gələcək İnvestisiya Təşəbbüsü (FII) İnstitutu tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi tədbir "Yeniləşən Avropa: Kapital, suverenlik və strateji muxtariyyət" mövzusu üzrə keçirilib.

Tədbirdə əsas diqqət Avropanın enerji, texnologiya, təhlükəsizlik və maliyyə sahələrində strateji müstəqilliyinin gücləndirilməsinə yönəlib. Dünyanın aparıcı investorlarını, dövlət xadimlərini və innovasiya sahəsinin nümayəndələrini bir araya gətirən Forumda kapitalın Avropanın uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsində oynaya biləcəyi rol müzakirə olunub.

İsrafil Məmmədov uzunmüddətli kapitalın irihəcmli infrastruktur layihələrinin maliyyələşdirilməsində oynadığı rolun müzakirə olunduğu "Avropanın gələcək infrastruktur inkişafını kim maliyyələşdirəcək?" adlı panel müzakirəsində iştirak edib. Çıxışında İsrafil Məmmədov qeyd edib ki, qlobal miqyasda investisiya kapitalının həcmi kifayət qədər yüksəkdir, əsas çağırış isə bu resursların institusional standartlara cavab verən yüksək keyfiyyətli layihələrə effektiv şəkildə yönləndirilməsidir. ARDNF-nin bu yanaşmanı praktikada necə tətbiq etdiyini izah edən İcraçı direktor bildirib: “Biz bütün bazarlarda investisiya qərarlarımızı sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında formalaşdırırıq. İtaliyadakı sərmayələrimiz də bunun bariz nümunəsidir. Nəqliyyat və enerji sektorlarında uzunmüddətli perspektivdə portfelimizdə saxlamağı hədəflədiyimiz yüksək keyfiyyətli infrastruktur aktivlərinə sərmayə yatırmışıq. Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir və ölkə ARDNF-nin qlobal investisiya portfelində investisiya həcminə görə dördüncü ən böyük istiqamət olaraq yer alır.”

İşgüzar səfər çərçivəsində ARDNF-nin İcraçı direktoru dövlət qurumları, özəl sektor və suveren fondların nümayəndələri ilə bir sıra görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında məhsuldar müzakirələr aparıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment