Daşınmaz əmlak sığortası bazarında yeni fürsətlər yaranır. Belə ki, sığorta sahəsində lider şirkətlərdən biri “PAŞA Sığorta” və müasir evlər təklif edən Sea Breeze arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasimi tərəflərin nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə çıxış edən tərəflər əməkdaşlığın sığorta sahəsində yeni imkanlar yaradacağını və birgə təşəbbüslərin inkişafına töhfə verəcəyini bildiriblər.
Qeyd olunub ki, memorandum çərçivəsində maarifləndirmə layihələrinin həyata keçirilməsi, sığorta xidmətləri üzrə məlumatlandırma işlərinin genişləndirilməsi və müxtəlif əməkdaşlıq istiqamətlərinin inkişafı nəzərdə tutulur. Tərəflər əməkdaşlığın qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıblar.
Bununla yanaşı bildirilib ki, qarşılıqlı razılaşma əsasında “PAŞA Sığorta” şirkətinin müştəriləri Sea Breeze tərəfindən təqdim edilən daşınmaz əmlaklar üzrə eksklüziv təkliflərdən faydalana biləcəklər. Belə ki, bu memorandum sayəsində “PAŞA Sığorta” müştəriləri üçün özəl imkanlar yaradılacaq.
Görüş zamanı tərəflər uzunmüddətli tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tədbir qarşılıqlı təşəkkür və əməkdaşlığın uğurlu olacağına dair xoş niyyət mesajları ilə yekunlaşıb.