Digər xəbərlər


Ölkəmizdə keçiriləcək VI Xəzər Su İnnovasiya Forumuna uğurla yekunlaşdı!
12.09.2025

12 sentyabr 2025-ci ildə Baku Expo Center-də “AQUALİNK” şirkətinin təşkilatçılığı ilə VI “Xəzər Su İnnovasiya Forumu” keçirilib. “Suya dəyər qatırıq” devizi ilə reallaşan forum ölkəmizdə su ehtiyatlarının səmərəli və dayanıqlı idarə edilməsi, ekoloji tarazlığın qorunması və innovativ həllərin tətbiqi mövzularında müzakirə və əməkdaşlıq üçün mühüm görüş məkanı kimi çıxış edib.

Forumda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, qabaqcıl şirkətlər və elmi-akademik mühitin ekspertləri bir araya gələrək aktual çağırışlara dair fikir mübadiləsi aparıb.

Tədbirin gold sponsoru “A. O. Smith” şirkətidir. Sponsorları “Ecosoft”, “BioWorks”, “JUMO”, “NCC (Newtech Chemical Company)” şirkətləridir.

Tədbirdə açılış nitqləri ilə çıxışlar baş tutub. İlk olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov tədbirin əhəmiyyətini qeyd edərək, su ehtiyatlarının qorunmasının qlobal və regional önəmindən bəhs edib.

Ardınca Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman forumun əməkdaşlıq imkanlarına verdiyi töhfələri vurğulayıb.

Açılış nitqlərinə yekun olaraq “Aqualink” MMC-nin icraçı direktoru Orxan Mikayıl tədbir iştirakçılarını salamlayaraq forumun ölkəmiz üçün əhəmiyyətini ön plana çəkib.

Proqram çərçivəsində 4 əsas panel müzakirəsi keçirilib:

 

I Panel - Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri

Moderator: Həcər Hüseynova - ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Baş elmi işçisi

Panel spikerləri:

Onur Tuna – JUMO şirkətinin Almaniya üzrə Satış meneceri

Dr. Bastian Schnibel – Hydrophil GmbH şirkətinin Layihə Meneceri və Su və Ətraf Mühit üzrə Baş Eksperti

Oleq Avrutin – Polymer Construction Şirkətlər Qrupunun Belarus Respublikası üzrə Mühəndislik Mərkəzinin rəhbəri

Yevgeni Dolqov – DuPont Water Solutions şirkətinin Müştərilər üzrə baş meneceri

Aşkın Aksu – AO Smith şirkətinin Əməliyyat meneceri

 

 

 

II Panel - Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri

Moderator: Amin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İctimai Şuranın sədri

Panel spikerləri:

Dániel Pósa – Macarıstan Su Assosiasiyası, Fırtına Sularının İdarəolunması üzrə İşçi Qrupunun eksperti

Yevhen Marıkin – Bioworks şirkətinin Region üzrə Satış Meneceri (MDB ölkələri və Balkanlar)

Rafiq Verdiyev – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Kadastr, Uçot və Reyestr Şöbəsinin müdiri

Zaur Salmanlı – “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri

 

 


III Panel - Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti

Moderator: Orxan Mikayıl – Aqualink şirkətinin icraçı direktoru

Panel spikerləri:

Yevhen Marıkin – Bioworks, Region üzrə Satış Meneceri (MDB ölkələri və Balkanlar)

Oleq Avrutin – Polymer Construction Şirkətlər Qrupunun Belarus Respublikası üzrə Mühəndislik Mərkəzinin rəhbəri

Ulaş Emre Arslan – NCC şirkətinin İdarə Heyətinin sədri, CEO

Rövşən Abbasov – Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru

Emin Dostiyari – Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri

 

IV Panel - Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi

Moderator: Rəşail İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini

Panel spikerləri:

Maruthi Sridhar Balaji Bhaskar – Florida Beynəlxalq Universitetinin Yer və Ətraf Mühit Departamentinin professoru və Məzun Proqramı Direktoru

Huseyin Kahraman – ProMinent GmbH, İdarəedici Direktor

Artur Duşenko – KST Water MMC, Baş Direktor

Natiq Mədətov – Aqualink MMC, İdarəedici direktorun müşaviri

 

Ölkəmizdə VI dəfə keçirilən “Xəzər Su İnnovasiya Forumu” iştirakçılarına su ehtiyatlarının dayanıqlı idarə olunması, qabaqcıl texnologiyaların tətbiqi və ekoloji təcrübələrin paylaşılması üçün unikal platforma rolunu oynayıb. Forum çərçivəsində panel müzakirələri, ekspert məruzələri və beynəlxalq təcrübələrin təqdimatı ilə iştirakçılar su sektorunda innovasiya və əməkdaşlıq imkanlarını öyrənərək, həmçinin gələcək layihələr üçün fikir mübadiləsi aparıblar.



     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment