Digər xəbərlər


Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub
07.05.2025

5-6 may tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Səviyyəli Rəsmilərinin 5-ci görüşü və Turizm Nazirlərinin 4-cü iclasında Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə çıxış edən Kənan Quluzadə iqtisadiyyatın əsas sahələrindən biri kimi turizmin inkişafına dövlət tərəfindən diqqət ayrıldığını qeyd edərək ölkəmizin son illərdə irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.  

O, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verərək D-8 təşkilatının üzvlərini bəyannaməyə qoşulmağa çağırıb.

Kənan Quluzadə, həmçinin Azərbaycanın 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçiriləcək 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. Sədr müşaviri qeyd edib ki, Azərbaycan D-8 İqtisadi  Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv ölkələrlə turizm əlaqələrinin inkişafına töhfə verməyə hazırdır.

İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq və regional inkişaf sahəsində yeni imkanlar yaratmağı nəzərdə tutan “D-8 Turizm Əməkdaşlığı 2025 üzrə Qahirə Bəyannaməsi” qəbul edilib və Türkiyənin Antalya şəhəri 2025-ci il üçün təşkilatın turizm şəhəri seçilib.

Qeyd edək ki, 2025-ci ilin ilk rübündə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən Azərbaycana 160 mindən çox xarici ziyarətçi gəlib

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment