Digər xəbərlər


Sahibkarlar dövlətin güzəştli maliyyə mexanizmləri ilə bizneslərini inkişaf etdirirlər
04.02.2025

İqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsində dövlətin maliyyə dəstəyi mexanizmlərinin xüsusi rolu var. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri ölkədə biznes mühitinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əsas vasitələrdəndir. Xüsusilə güzəştli kredit mexanizmi sahibkarların bizneslərini böyütmək üçün müraciət etdiyi əsas maliyyə mexanizmlərindən biridir. 2024-cü ildə bu mexanizmdən yararlanan sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Güzəştli kredit vəsaitlərindən yararlanan sahibkarlıq subyektlərinin sayında artım

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (Fond) tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7% artaraq 5722-yə çatıb. Verilmiş kredit məbləği isə 28% artaraq 248,1 milyon manat təşkil edib.

İqtisadiyyatın prioritet sahələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi

Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2024-cü il üzrə sənaye (o cümlədən, aqrar emal), kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura (o cümlədən, akvaponika), yaşıl layihələr, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdi. Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1%-i sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1%-i xidmət, 2,1%-i turizm və 0,4%-i isə balıqçılıq və akvakultura sahələrinə yönəldilib.

Mikro, kiçik və orta bizneslərin dəstəklənməsi

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların güzəştli maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahədə tətbiq etdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradır və onların biznes fəaliyyətlərini genişləndirməsinə təkan verir. 2024-cü ildə Fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8%-i, ayrılan güzəştli kredit məbləğinin isə 93,4%-i məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Regionlarda sahibkarlıq subyektlərinin dəstəklənməsi

Güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfə verir. 2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib. Belə ki, ötən il Fond tərəfindən güzəştli kredit ilə təmin edilmiş layihələrin 94,7%-i, verilmiş güzəştli kredit məbləğinin isə 72%-i regionların payına düşüb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinin dəstəklənməsi

Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. 2024-cü ildə bu ərazilərdə  sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat  dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.

Sahibkarlıq subyektlərinin maarifləndirilməsi və təşviqi

Fond 2024-cü il ərzində sahibkarlıq subyektlərinin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində maarifləndirmə işlərini davam etdirib, əsasən regionlarda sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlərdə dövlətin güzəştli maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Qurum  eyni zamanda, dövlət və özəl qurumların təşkilatçılığı ilə keçirilən 10-a yaxın sərgi və konfransda iştirak edib.

Sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi keçirilib. Müsabiqə çərçivəsində 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 311 layihəyə 66 milyon manata yaxın kredit verilib.

Beləliklə, 2024-cü il ərzində ölkə iqtisadiyyatının prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasına xidmət edən bizneslərin inkişafı dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənib.


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment