Banklar


AccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verib
13.01.2025

 Sizin yerli Avropa bankınız - AccessBank, qadın sahibkarlığını dəstəkləmək və biznesdə qarşılaşdıqları maneələri aradan qaldırmaq məqsədilə Access2Success layihəsinə üçüncü dəfə start verdiyini elan edir. Layihə biznesin qurulması və inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılmasına, qadınlarda liderlik və peşəkar bacarıqların gücləndirilməsinə yönəlib. Access2Success layihəsi, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilir.Bu il layihəyə qatılmaq üçün 300-ə yaxın qadın müraciət edib və müəyyən olunan meyarlara əsasən 60 sahibkar seçilib. Layihə çərçivəsində iştirakçılara biznes idarəçiliyi sahəsində bilikləri dərinləşdirmək, liderlik keyfiyyətlərini artırmaq, satış sahəsində peşəkar bacarıqları genişləndirmək, eləcə də uğurlu biznes qurmaq üçün hüquq və marketinq aspektləri barədə məlumat əldə etmək imkanı yaradılacaq.





Bütün bu biliklər geniş təcrübəyə malik peşəkar təlimçilər tərəfindən təqdim ediləcək.Layihənin əsas məqsədi qadın sahibkarların qarşılaşdığı maliyyə resurslarına çıxış, biznes təhsili və peşəkar inkişaf üçün məhdud imkanlar kimi maneələri aradan qaldırmağa dəstək olmaqdır. Proqram həmçinin iştirakçıları uğur qazanmaq üçün lazım olan resurs və biliklərlə təmin etmək, eləcə də güclü qadın-sahibkar cəmiyyətinin yaradılmasına yönəlib."Access2Success layihəsi və onu artıq üçüncü dəfə həyata keçirməyimizlə qürur duyuruq. Bizim məqsədimiz Azərbaycanda qadın sahibkarlığına dəstək verməyə davam etmək və ölkəmizdə biznesin inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Biz əminik ki, Access2Success layihəsi güclü sahibkarlıq mühitinin yaradılması və ölkənin iqtisadi inkişafının stimullaşdırılması istiqamətində mühüm bir addımdır", - bunu AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib:“Qadın sahibkarlığının inkişafı AYİB-in Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində prioritet olaraq dəstəklədiyi bir neçə sahədən biridir. Ölkədə mövcud olan sahibkarlıq subyektlərinin təxminən 23% xanımlara məxsus olduğunu nəzərə alsaq, qadın sahibkarlığının ölkə iqtisadiyyatında payının artırılması sahəsində çox böyük imkanlar var. Bununla da, qadın sahibkarların zəruri məsləhət və maliyyə xidmətlərinə əlçatanlığının artırılması istiqamətində AYİB həm birbaşa, həm də yerli tərəfdaş banklar vasitəsilə məqsədyönlü fəaliyyətini davam etdirir”, - bunu AYİB-nın Azərbaycandakı Kiçik Bizneslər üçün Məsləhət Proqramının rəhbəri Samir Həmidov bildirib.

İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata 
keçirilib. Bu layihədə 250-dən çox müraciətlər içində seçilən, 50 qadın qatılmışdır. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib. AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.

Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar . Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (  Facebook   ,   Instagram   ,   LinkedIn   )   müraciət edə bilərsiniz. *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. 

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment