Digər xəbərlər


ABFTC tərəfindən “Kredit monitorinqi və portfelin idarə edilməsi” və “MKOB-ların Kreditləşməsi: Hesabat və sənədləşdirmə” mövzularında təlimlər ke
30.10.2024

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, Azərbaycan Banklar Assosiasiyası (ABA) və onun törəmə müəssisəsi olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən müvafiq dəstək tədbirləri görülür.

Bu prosesin davamı olaraq, 24-25 oktyabr 2024-cü il tarixlərində ABFTC tərəfindən “Kredit monitorinqi və portfelin idarə edilməsi” və “MKOB-ların Kreditləşməsi: Hesabat və sənədləşdirmə” mövzularında təlimlər keçirilmişdir.

İki günlük baş tutan təlim proqramında təlimçilər qismində “Bank Respublika” ASC-nin İcraçı direktoru Akif Abdullayev, “Bank Respublika” ASC-nin Risklərin idarəedilməsi departamenti-direktor müavini Haşım Əliyev və “Kapital Bank” ASC-nin Korporativ kreditlərin təhlili şöbəsinin meneceri Nicat Mustafazadə çıxış etmişdirlər. Bu təlimlərdə 37 nəfər iştirak etmişdir.

Xatırladaq ki, bundan əvvəl cari ilin iyul və sentyabr aylarında keçirilmiş “MKOB-ların maliyyələşdirilməsi mövzusuna giriş”, “Anderraytinq prinsipləri”, “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi”, “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularındakı təlimlərdə 63 bank əməkdaşı iştirak etmişdir. Ümumilikdə isə bu tədbirlər çərçivəsində 100 nəfər bank əməkdaşı bu təlimlərdən faydalanmışdır.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment