1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində Vətən müharibəsi şəhidlərinin
01.10.2024

30 sentyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirdiyi “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının icrası məqsədilə cari ildə ali məktəblərə qəbul olmuş Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayıb və onları ali məktəbə qəbul olmaları münasibətilə Komitənin kollektivi adından ürəkdən təbrik edib.

Bahar Muradova Anım günündə hamılıqla Zəfər abidəsinin ziyarət edilərək, torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğurunda öz canlarını fəda edən Azərbaycan oğullarının məzarlarının çox böyük hörmətlə yad edildiyini xatırladaraq vurğulayıb ki, biz onların qarşısında ehtiram borcumuzu yerinə yetirdik və onların şücaəti ilə xilas etdiyimiz gələcək Azərbaycanın qarşısında duran hədəflərin yerinə yetirilməsi ilə bağlı vəzifələrimizə sadiq olacağımızı, qəhrəman şəhidlərimizi heç bir zaman unutmayacağımızı bəyan etdik.

O, Vətən müharibəsindən keçən müddətdə, xüsusilə son bir il ərzində çox böyük dəyişikliklərin olduğuna diqqət çəkərək, Azərbaycanın bütün dünyada artıq öz ərazisinin, torpaqlarının və öz sərvətinin sahibi olan bir ölkə kimi tanındığını qeyd edib. Komitə sədri əlavə edib ki, ölkəmiz iqtisadi imkanlarından, hərbi qüdrətindən, yerləşdiyi bölgədən, dünyada gedən ictimai-siyasi proseslərdəki yerindən asılı olmadan yalnız öz gücünə istinad edərək torpaqlarını azad etmə qabiliyyətini ortaya qoymaqla, bütün dünya üçün, xüsusilə də müstəmləkə zülmü altında olan, ərazisi işğal altında olan millətlərə örnək yaratdı.

B.Muradova qeyd edib ki, Vətən müharibəsində həyatını qurban vermiş şəhidlərin ailələri, doğmaları, yaxınları, xüsusilə də qazilərimiz, bütün müharibə veteranlarımızın üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ailələrlə işləyir, onların gücləndirilməsi, gənc nəslin təhsilə daha geniş şəkildə cəlb olunması, xüsusilə şəhid ailələrində olan gənclərin ilk növbədə təhsilə yönləndirilməsi ilə bağlı maarifləndirici işlər görür.

Şəhid xanımları ilə bağlı məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyinə diqqət çəkən sədr, Komitə tərəfindən bu mövzuda həm sosial, həm də siyasi məzmunlu tədbirlərin təşkil olunduğunu qeyd edib. O, Dövlət Komtəsinin müəllifi olduğu “Sən tək deyilsən” layihəsinin artıq 4 ildir keçirildiyini vurğulayaraq, Banklar Assosiasiyasının bu işə böyük töhfə verdiyini əlavə edib. Şəhid xanımlarının hər birinin əldə etdiyi uğurlara sevindiyini və bu uğurların xalqımıza da qürur və fəxarət hissi yaşatdığını, gənc qızlarımıza örnək olduğunu bildirib. Çıxışının sonunda bu layihənin davamlı olacağına ümidini ifadə edib və qarşıdakı dönəmdə layihənin daha da genişləndirilməsi ilə bağlı addımların atılacağını deyib.

Sonra “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramına həsr edilmiş video-çarx nümayiş etdirilib.

Çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Assosiasiyanın korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərinə diqqət çəkərək, bu istiqamətdə görülən işlər içərisində layihəni ən uğurlulardan biri hesab edib.

Z.Nuriyev qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, korporativ sosial sahədə maarifləndirilmə və s. məsələlər barədə birgə əməkdaşlıq məqsədilə həm təhsil proresesində və sonrakı dövrdə şəhid və qazi ailələrinin üzvləri üçün bütün mümkün imkanlar yaradılacaqdır.

Görüşdə çıxış edən Vətən müharibəsi şəhidləri polkovnik leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, Polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova, Kapitan Elman Babaxanovun həyat yoldaşı Züleyxa Babaxanova, Ədliyyə kapitanı Ruhin Xəlilovun həyat yoldaşı Günel Xəlilova, Baş leytenant Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova, MAXE Sahil Babayevin həyat yoldaşı Nərmin Babayeva, Çavuş Sərvan Eyyubovun həyat yoldaşı Aytac Eyyubova, Vüqar Nəcəfovun həyat yoldaşı Sara Nəcəfova, Cavadov Cəlilin həyat yoldaşları dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən qayğının Vətən müharibəsi qəhrəmanlarına ifadə olunan ehtiramın göstəricisi olduğunu bildirərək, öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olmasını arzulayıblar, həmçinin övladlarını layiqli vətəndaş kimi məğrur, güclü və qürurlu böyütməyi diləyiblər.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş bərpa və quruculuq işlərinə diqqət çəkən qonaqlar: “Biz də öz növbəmizdə ölkəmizin ərazi bütövlüyünün daimi olması üçün əlimizdən gələnin ən yaxşısını etməliyik” – deyə bildiriblər.

Sonda bir daha tələbə adı qazanmaqları münasibətilə xanımları təbrik edən sədr, qalib xalqın övladları kimi göstərdikləri dəyanətə və qazandıqları zəfərə görə onlara təşəkkürünü bildirib.

Yekunda tələbə adı qazanan şəhid xanımlarına sertifikat və hədiyyələr təqdim edilib.


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment