1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ƏL/TMM sisteminin aktual məsələləri barədə təlim keçirilib
27.09.2024

26 sentyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası Maliyyə Monitorinqi Xidməti ilə birgə təlim təşkil edib. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) sisteminin aktual problemlərinə həsr edilmiş təlimdə ilk dəfə olaraq hüquq mühafizə, nəzarət orqanları, eləcə də öhdəlik daşıyan şəxslər – notariuslar və maliyyə institutları – bir araya toplanıb.

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini cənab Azər Abbasov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb. O, bu təlimin ƏL/TMM sisteminin bütün iştirakçılarını bir araya gətirən mühüm bir platforma olduğunu vurğulayıb və öhdəlik daşıyan şəxslərin hüquq-mühafizə orqanları ilə birbaşa əlaqə qurmaq imkanı əldə etməsinin önəmini qeyd edib. Daha sonra Azərbaycan Banklar Assosiasiyasının Komplayens Ekspert Qrupunun sədri cənab Anar Kərimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və müzakirəyə qoyulmuş mövzuların aktuallığını vurğulayıb. Həmçinin belə formatda görüşlərin müntəzəm olaraq keçirilməsinin Azərbaycanın ƏL/TMM sisteminin gücləndirilməsi baxımından ən effektiv tədbirlərdən biri olduğunu bildirib.

Gün boyu davam edən təlim zamanı öhdəlik daşıyan şəxslərə hədəfli maliyyə sanksiyalarının tətbiqi, qeyri kommersiya təşkilatlarının terrorçuluq məqsədləri üçün sui-istifadəsinin qarşısının alınması ilə bağlı tələblər və beynəlxalq təcrübə, həmçinin təqdim olunan məlumatların keyfiyyəti və son trendlər haqqında təqdimatlar nümayiş etdirilib. Təlimdə daxili nəzarət proqramlarına dair tələblər, müştəri uyğunluğu tədbirlərinin tətbiqi və müştəri profillərinin risk qiymətləndirilməsi kimi vacib mövzular da geniş müzakirə olunub. İştirakçılar arasında aktiv fikir mübadiləsi baş tutub.

Hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təşkil edilmiş sessiyalarda Maliyyə Monitorinqi Xidməti və hüquq-mühafizə orqanlarının peşəkar mütəxəssisləri əmlakın leqallaşdırılması cinayətinin tövsifi, tərkib elementləri, maliyyə istintaqı və sübutetmə məsələləri barədə geniş təqdimatlar ediblər. Panel müzakirələrdə MONEYVAL tərəfindən müəyyən edilmiş çatışmazlıqlara diqqət çəkilib və bu mövzular ətrafında qarşılıqlı müzakirələr aparılıb.

Proqrama uyğun olaraq hər bir sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.

Təlimə Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Məhkəmə-Hüquq Şurası, öhdəlik daşıyan şəxslərin, ümumilikdə,130-dan çox nümayəndəsi qatılıb.

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment