Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsində müasir yüksək texnologiyalı əməliyyatlar uğurla həyata keçirilir
01.08.2024

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsininyüksəkixtisaslı travmatoloq-ortopedləri travmatoloji və ortopedik patologiyası olan xəstələrə, o cümlədən fövqəladə hallarda xəsarət alanlara ixtisaslaşmış və yüksək texnologiyalı tibbi yardım göstərir. Kadrların peşəkar hazırlığı, müasir tibbi avadanlıqlar, qabaqcıl tibbi texnologiyalar dünya ortopediyasının ən son nailiyyətlərini tətbiq etməyə, xəsarətləri, onların nəticələrini, habelə dayaq-hərəkət aparatının xəstəlikləri olan xəstələrdə müasir yüksək texnologiyalı əməliyyatların aparılmasına imkan yaradır. 

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin yüksəkixtisaslı travmatoloq-ortopedləri ağır travmalar - dayaq-hərəkət aparatının müxtəlif zədələnmələri, zədələnmələrin ağırlaşmaları və ortopedik xəstəlikləri olan pasiyentlərin müalicəsində zəngin təcrübəyə malikdir.

Burada diz, bud, topuq və dirsək oynaqlarının oynaqdaxili formasiyalarının rekonstruksiyaları artroskopik üsulla aparılır, inkişaf qüsurları aradan qaldırılır, oynaqdaxili yenitörəmələr aradan qaldırılır. Ayaq cərrahiyyəsi yeni, müasir səviyyəyə qaldırılıb. Yeni texnologiyalardan və implantlardan istifadə etməklə arxa, orta və ön ayağın korreksiyasında yaxşı nəticələr əldə edilmişdir.

Travmatologiya şöbəsinin rəisi, travmatoloq-ortoped, t.ü.f.d., Ramin Rzayev və travmatoloq-ortoped Müseyib Əhmədov tərəfindən geniş spektrli cərrahi müdaxilələr icra edilir. Bu əməliyyatlara ətrafların yumşaq toxumalarının bütün növ travmatik zədələnmələrinin müalicəsi, oynaqdaxili, oynaqdan kənar digər patoloji dəyişikliklərin aradan qaldırılması,  sınıqların və çıxıqların qapalı reduksiyası,  o cümlədən müasir polimer tökmələrin istifadəsi, bütün növ müasir sümük, o cümlədən minimal invaziv, yuxarı və aşağı ətrafların sınıqlarının intramedullar bloklanmış osteosintezini, böyük oynaqların artroplastikası (endoprotezi), endoprotez komponentlərin müxtəlif aşınma formaları və qeyri-sabitliyi zamanı revizion bud-çanaq, diz oynaqlarının artroplastikasını, müxtəlif patologiyalar üçün diz oynağının artroskopik cərrahiyyəsini icra edilir.

Şöbənin mütəxəssisləri ortopediyanın innovativ texnologiya və üsullarını - oynaqların dəyişdirilməsi, onkoprotezləşdirmə, revizion protezləşdirmə, yastı pəncəliyin bütün formalarının müalicəsi, iri və kiçik artrodez əməliyyatlarını klinik praktikaya tətbiq etmişlər. 

Onlar ənənəvi və minimal invaziv osteosintez texnologiyalarından fəal şəkildə istifadə edirlər. Belə ki, minimal invaziv üsullardan istifadə iri oynaqların (çiyin və diz) zədələnmiş strukturlarını bərpa etməyə imkan verir. Şöbədə inkişaf qüsurlarının, xəsarət və yaraların nəticələrinin aradan qaldırılmasına yönəlmiş ortopedik osteoplastik əməliyyatlar həyata keçirilir. Xondroplastika və hüceyrə texnologiyaları üzrə klinik və eksperimental tədqiqatlar aparılır.


Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi Dilarə Zamanova 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment