Digər xəbərlər


DTA sədri Duruca kəndinin sakinləri ilə görüşüb
31.07.2024

İyulun 30-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Turistik kənd” layihəsi çərçivəsində Qəbələ rayonunun Duruca kəndinin sakinləri ilə görüşüb. Görüşdə sakinlərə Duruca kəndinin turizm potensialının səmərəli istifadəsi üzrə planlar və görüləcək işlər haqqında məlumat verilib, həmçinin onların fikirləri dinlənilib. 

Qeyd olunub ki, Dövlət Turizm Agentliyi tərəfindən “Turistik kənd” layihəsi çərçivəsində Duruca kəndində görüləcək işlər 2 mərhələdə həyata keçiriləcəkdir.

Birinci mərhələ çərçivəsində kənddə əsas turistik infrastrukturun qurulması və abadlıq işlərinin həyata keçirilməsi, o cümlədən  məlumatverici və digər turistik lövhələrin quraşdırılması, hasarların abadlaşdırılması, kioskların qurulması, iki bulağın bərpası, dağ-piyada cığırlarının formalaşdırılması  və s. nəzərdə tutulub. Növbəti mərhələdə isə kənddə infrastrukturun daha da inkişaf etdirilməsi və turizm fəaliyyətlərinin genişləndirilməsi üzrə tədbirlərin həyata keçiriləcəyi bildirilib.

Görüşdə kəndin təbiət və aktiv turizm üzrə geniş potensiala malik olduğu, Duruca şəlaləsinə yürüş turlarının təşkili və haykinq marşrutunun hazırlanması üzrə işlərin getdiyi, eləcə də qonaq evi kimi fəaliyyət göstərmək istəyən sakinlərə müvafiq qonaqlama təlimlərinin, turistik turlar üçün isə bələdçilik təlimlərinin keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verilib. 

“Turistik kənd” layihəsi Dövlət Turizm Agentliyi tərəfindən "Azərbaycan Respublikasının 2022 - 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında qeyd olunan "Turizm potensialı olan kəndlərdə "Turistik kənd" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması" tapşırığı üzrə icra olunmaqdadır.

 Layihənin əsas məqsədi turizm potensialı olan kəndlərdə abadlaşdırma işləri vasitəsilə kəndlərin turistik cəlbediciliyini artırmaq, yerli və xarici turistlər üçün alternativ istirahət məkanları təqdim etməklə kənd turizmini inkişaf etdirmək, kəndlərdə yeni iqtisadi fəaliyyət növlərinin yaranmasına və yeni iş yerlərinin formalaşmasına töhfə verməkdir. Qax rayonunun İlisu və Sarıbaş kəndləri,  Qusar rayonunun Ləzə kəndi, Qəbələ rayonunun Duruca kəndi, Quba rayonunun Qrız kəndi, Lerik rayonunun Bibiyoni kəndi və İsmayıllı rayonunun İvanovka kəndində bu layihə çərçivəsində işlərin həyata keçirilməsi planlaşdırılır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment