1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib
11.06.2024

10 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Nəsil Qrup MMC şirkətinin birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfrans iştirakçılarını salamlayaraq mövzunun aktuallığına dair fikirlərini bölüşüb. O, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin il ərzində mütəmadi olaraq yerli mütəxəssislərin beynəlxalq təcrübədən faydalanması üçün müxtəlif elmi fəaliyyətlər təşkil etdiyini qeyd edib. Konfransın bilik və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına inandığını qeyd edən İ.Əfəndiyev hərkəsi müzakirələrdə aktiv iştirak etməyə dəvət edib. 

Daha sonra rəsmi hissədə çıxış edən Mərkəzi Gömrük Hospitalın rəisi, baş həkim Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İnfeksiyaya Nəzarət Komissiyasının fəaliyyəti barədə qısa məlumat verib.

Konfransın rəsmi hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin sektor müdiri Vüsalə Səfərova və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri. t.ü.f.d. Yaqut  Qarayeva da çıxış edərək faydalı mövzuya həsr edilmiş elmi tədbirə görə Tibbi Xidmət İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.

Rəsmi hissədən sonra Konfrans Mikrobiologiya üzrə uzman, İstanbul Hippokrat Laboratoriyalarının icraçı direktoru Dr. Oktay Öztürk və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Mərkəzi Laboratoriyasının rəisi Dr. Elvin Bayramovun moderatorluğu ilə “Antibiotik rezistentliyi ilə mübarizədə mikrobioloji diaqnostikanın rolu və antibiotikterapiya” və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri. t.ü.f.d. Dr. Yaqut  Qarayeva və Mərkəzi Gömrük Hospitalının rəis müavini. t.ü.f.d. Dr. Nabil Seyidovun moderatorluğu ilə “Xəstəxanadaxili infeksiyalara nəzarətin əhəmiyyəti və infeksion kontrol” paneli ilə öz işinə davam edib. 

Konfransda Mərkəzi Gömrük Hospitalının həkimləri-Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d. Dr. Səbinə İbrahimova  “İnfeksion xəstəliklərdə molekulyar-diaqnostik və immunoloji üsulların əhəmiyyəti”, uzman anestezioloq-reanimatoloqu Dr. Sevda Hüseynova “Sepsis: Reanimatoloqun gözü ilə”, Urologiya şöbəsinin rəisi, uzman uroloq Dr. Bəhruz Xalıqov “Kateterə bağlı sidik yolu infeksiyaları.”, uzman infeksionist Dr. Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Dr. Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalının infeksiyaya nəzarət sahəsində mövcud təcrübəsi”, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-mikrobioloqu, V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktrantı Dr. Leyla Həşimova “Mikrobioloji laboratoriyada innovativ sistemlər” və ATU-nun tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, t.ü.f.d., analitik ekspertiza mərkəzinin eksperti Dr. Həyat Əliyeva “Sepsisin diaqnostikasına müasir yanaşma.” mövzularında təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. 

Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan və 300 nəfərədək həkimin hibrid formatda iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment