18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
    
        
            | 
             Dövlət qeydiyyat nömrəsi – İSİN 
             | 
            
             İstiqrazların növü və forması 
             | 
            
             İstiqrazların sayı 
             | 
            
             Nominal Dəyəri 
             | 
            
             İllik faiz dərəcəsi 
             | 
            
             Ödəmə periodu 
             | 
            
               
              
            Hərrac tarixi 
             | 
            
             Tədavül 
            müddəti 
             | 
        
        
            | 
             AZ2005003556 
             | 
            
             Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 
             | 
            
             100 000 
            (ədəd) 
             | 
            
             100 manat 
             | 
            
             9.5% 
             | 
            
             Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün) 
             | 
            
             15.05.2024 
             | 
            
             2 il 
             | 
        
    
 
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.