Digər xəbərlər


Fevral ayında sahibkarlar üçün müxtəlif mövzularda görüşlər və maarifləndirici tədbirlər keçiriləcək
08.02.2024

Fevral ayında sahibkarlar üçün müxtəlif mövzularda görüşlər və maarifləndirici tədbirlər keçiriləcək 

Sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini KOBİA-ya təqdim edə bilərlər.

Fevral ayında sahibkarlar üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə 10-dan çox mövzuda sahəvi, eləcə də maarifləndirici görüşlər təşkil olunacaq. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək tədbirlər arıçılıq, heyvandarlıq, çayçılıq, ailə kəndli təsərrüfatının inkişafı, baramaçılıq və ipəkçilik, turizm və ictimai iaşə, aqrobiznes, ərzaqlıq buğda istehsalı, üzümçülük və şərabçılıq, qadın sahibkarlığın inkişafı, güzəştli maliyyə vəsaitlərinə çıxış kimi mövzuları əhatə edəcək. Tədbirlər Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlarda olmaqla onlayn və oflayn formatlarda təşkil olunacaq.   

Qeyd olunan tədbirlərdə iştirak etmək istəyən sahibkarlar tədbirlərin keçiriləcəyi tarix, yer və digər məlumatları Agentliyin rəsmi internet səhifəsindən əldə edə (https://www.smb.gov.az/az/events?slug=gorus), tədbirlə bağlı sualları yaranarsa əlaqələndirici şəxsə müraciət edə bilərlər. 

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarlar müvafiq sahələrdə dövlət dəstəyi mexanizmləri və yeniliklər barədə məlumatlandırılacaq, biznes subyektlərinin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcəkdir. 

KOBİA sahibkarları fevral ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə və məlumatlandırmaya ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər (info@smb.gov.az).

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment