Digər xəbərlər

Məcburi ehtiyat normaları haqqında
20.11.2023

Bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşmişdir. Aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmişdir. Qaydalara dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (www.cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/55583) yerləşdirilmişdir.

İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə yeni diferensiallaşdırma meyarlarına uyğun olaraq məcburi ehtiyat normaları Cədvəl 1-də olduğu kimi müəyyən edilmişdir.

Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər. Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.

Cədvəl 1. Yeni diferensiasiya meyarları və bu meyarlara uyğun məcburi ehtiyat normaları

Diferensiasiya meyarları

Məcburi ehtiyat norması, %

Milli valyutada öhdəliklər üzrə

Xarici valyutada öhdəliklər üzrə

Qiymətli metallarda öhdəliklər üzrə

1

· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti)*

· Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20%

· Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20%

5%

6%

5%

2

· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti)

· Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20%

· Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20%

10%

12%

10%

3

· Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20%

10%

12%

10%

4

12.5%

15%

12.5%

5

· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti)

6

20%

20%

20%

7

8

25%

25%

25%

9

· Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar

0%

0%

0%

*Mötərizənin içindəki göstərici xarici valyudata olan öhdəliklərə şamil olunur.

30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi

01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri

Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment