Digər xəbərlər


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres keçiriləcək
16.11.2023

27-28 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres həyata keçiriləcəkdir.

Konqresin 27 noyabr tarixində mama-ginekologiyaya dair, 28 noyabr tarixində isə neonatologiya və pediatriyaya dair aktual mövzuların müzakirəsi həyata keçiriləcəkdir. Konqresdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinləniləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

Konqresin 27 noyabr tarixində mama-ginekoloq və uroloq, 28 noyabr tarixində isə neonatoloq, pediatr, uşaq cərrahı, ürək-damar cərrahı, kardioloq, toksikoloq, allerqoloq və anestezioloq-reanimatoloq ixtisasına malik həkim və rezidentlər iştirak edə bilər.

Konqres əyani olaraq Bakı şəhərində Badamdar Oteldə, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcəkdir.

Konqres çərivəsində eyni zamanda 27 noyabr tarixində pediatr və neonatoloqlar üçün "Doğum zalında neonatal reanimasiya", 28 noyabr tarixində isə mama-ginekoloqlar üçün "Kolposkopiya" kursu həyata keçiriləcəkdir.

Kurslar əyani olaraq İngiltərədən və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil ediləcəkdir.

Kurslar Mərkəzi Gömrük Hospitalında göstərilən tarixlərdə saat 14:00-dan18:00-dək həyata keçiriləcək.

Konqresdə və kurslarda iştirak ödənişsizdir.

Tədbirin akreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/.../uploads/2023/11/proqram.pdf

Konqres üçün qeydiyyat linki: https://forms.gle/6Mp9JV7DxqTrgxb28

Kurslar üçün qeydiyyat linki: https://forms.gle/XRz5n1UsTL21XorT8

27-28 noyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres həyata keçiriləcəkdir. Proqramla tanış olmaq üçün link: https://customshospital.az/.../uploads/2023/11/proqram.pdf

Konqres üçün qeydiyyat linki: https://forms.gle/6Mp9JV7DxqTrgxb28

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment