Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Bakı SOS Uşaq kəndində tibbi sosial aksiya keçirib
16.11.2023

15 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Bakı şəhərində yerləşən SOS Uşaq kəndində “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının  Müdafiəsi Günü”nə həsr edilmiş sosial tibbi aksiya həyata keçirilib.  

Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov, Mərkəzi Gömrük  Hospitalının şöbə rəisləri, həkimlər, tibb bacıları və digər əməkdaşlar iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Bakı SOS Uşaq Kəndinin balaca sakinlərini qarşıdan gələn “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının  Müdafiəsi Günü” münasibətilə təbrik edib, onlar üçün təşkil olunan bu cür sosial tibbi aksiyaların əhəmiyyətindən danışıb. Bu cür aksiyaların artıq ənənəvi hal aldığını deyən C.Məmmədov, bu tədbirin də Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirildiyini vurğulayıb, gələcəkdə də bu tədbirlərin davamlı olacağına əminliyini bildirib. 

Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov uşaqlar üçün təşkil olunan bu tibbi aksiyanın keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının həkimlərinə dərin minnətdarlığını bildirib. O, SOS Uşaq kəndlərinin yaradılması tarixindən ətraflı məlumat verib və bildirib ki, burada uşaqlar hərtərəfli qayğı ilə əhatə olunub. Hər birinin SOS dostları və SOS ailəsi  var. Onlar da adi uşaq bağçalarına gedir, məktəblərdə təhsil alır, daim digər uşaqlarla ünsiyyətdə olur və özlərini ailə mühitində hiss edirlər.Tədbirin rəsmi açılış hissəsindən sonra Bakı SOS Uşaq Kəndinin sakinləri bədii kompozisiya ilə çıxış ediblər. 

Aksiya çərçivəsində SOS Uşaq Kəndinin 50-yə yaxın sakini Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri: pediatrlar, uşaq nevropatoloqu,  psixiatr, uşaq cərrahı, kardioloq, fizioterapevt, dermatoveneroloq, uroloq, sonoloq və mama-ginekoloqdan ibarət həkim briqadası tərəfindən müayinə edilib və müayinə nəticəsində səhhətində problem aşkarlanan uşaqlara yerində tibbi məsləhətlər verilib. Aksiya  zamanı uşaq və yeniyetmələrə “Baku Kids Company” şirkəti tərəfindən təqdim olunmuş oyuncaqlar hədiyyə olunub.  

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında cari ildə əməkdaşlıq memorandumu imzalanıb.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment