Digər xəbərlər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu departamentinin Lerik və Ucar KOB dostu vəzifələri üzrə işə qəbul elan edir
14.09.2023

KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

- fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

- sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

- ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və soğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

- qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

- departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.


Namizədə dair tələblər:

- Ali təhsil tələbi: İqtisadiyyat və idarəetmə ixtisas qrupları, Hüquqşünaslıq;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.


Qeyd: Agentliyin fəaliyyəti, qanunvericilik, dəstəklər barədə www.smb.gov.az saytından məlumat əldə etmək olar. 


Şərtlər: 

- Tam iş günü, iş qrafiki I-V günlər. 

CV-lər (yalnız Azərbaycan dilində) mövzu yerinə “KOB dostu (region adı)” yazılaraq 25.09.2023-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərilməlidir. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment