1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Visa və Emerging Europe qadın sahibkarlar üçün She’s Next rəqəmsal icmanın platformasını yaratdılar
17.07.2023

Peşəkarlar üçün sosial şəbəkə kimi fəaliyyət göstərərək, platforma Azərbaycandan, eləcə də bütöv Şərqi və Cənubi-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionundan olan qadın sahibkarları və liderləri birləşdirir, onlara şəbəkələşmə, təcrübə mübadiləsi və bizneslərinin beynəlxalq səviyyədə genişləndirilməsi üçün alətlər verir.

Bu gün Visa şirkəti Şərqi və Cənubi-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin qadın sahibkarları üçün nəzərdə tutulmuş She's Next rəqəmsal icma platformasının işə salınmasını elan etdi. Platforma bu geniş regionda ixtisaslaşan, biznesin və cəmiyyətlərin inkişafını hədəfləyən nüfuzlu Emerging Europe artım platforması ilə tərəfdaşlıqda yaradılıb: https://shesnext.emergingeurope.org/. 

Rəqəmsal icma platformasının məqsədi müxtəlif ölkələrdən olan qadın sahibkarları bir araya gətirmək, onlara şəbəkələşmə, təcrübə mübadiləsi və bizneslərinin beynəlxalq səviyyədə genişləndirilməsi üçün alətlər verməkdir. 

“She’s Next Empowered by Visa təşəbbüsü tək qadınların səlahiyyətləndirilməsini deyil, həmçinin iddialı həmfikirlər icmasının yaradılmasını hədəfləyir, – söyləyərək Visa-nın vitse-prezidenti, 17 ölkəni əhatə edən Visa-nın regional ofisinin direktoru Vira Platonova şərh verdi. – Qadın sahibkarlığına həsr olunmuş beynəlxalq tədbirlər keçirtdikdə maraqlı müşahidə etdik: müxtəlif ölkələri təmsil edən She’s Next layihəsinin sabiq iştirakçıları birgə maraqlar və dəyərlər əsasında bir-biri ilə asanlıqla dil tapırlar. She's Next Empowered by Visa təşəbbüsü çərçivəsində Emerging Europe təşkilatı tərəfindən Şərqi və Cənubi-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz dövlətlərində qadın sahibkarlar arasında 2022 ildə aparılmış sorğu göstərir ki, respondentlərin 85%-i qadın sahibkarlarının beynəlxalq şəbəkəsinə qoşulmağa hazırdır. Buna görə də, biz məhz belə şəbəkə yaratdıq ki, qadınlar qabaqcıl təcrübə ilə bölüşsünlər, bir-birindən öyrənsinlər və liderlər kimi püxtələşsinlər. Əminəm ki, She’s Next rəqəmsal icmanın platforması Azərbaycanın və bütöv regionun qadın sahibkarları üçün böyük təkanverici qüvvəyə çevriləcək”.

Platformanın yerləşdiyi internet saytı maraqlı məzmun ilə seçilir və hamı üçün açıqdır. Bura daxil olan qadınlar liderlik haqqında biliklərini artıra, başqa sahibkarlarla tanış ola, faydalı bacarıqlar əldə edə və öz işlərini qurmaq üçün ilham ala bilərlər. Sayta həm də Emerging Europe ilə tərəfdaşlıqda hazırlanmış müsahibələr, podkastlar, müəllif yazıları, müxtəlif sahələrin ekspertləri tərəfindən praktiki məsləhətlər və sair faydalı kontent yüklənilib.

Rəqəmsal icmanın platforması saytın yalnız qeydiyyatdan keçmiş istifadəçilərə açıq olan hissəsidir və özündə peşəkar sosial şəbəkənin bütün funksiyalarını (xəbərlər lenti, maraq qrupları, mesajlar, paylaşımlar və s.) ehtiva edir. Platforma lider və sahibkar qadınlara ünsiyyət qurmağa, işgüzar əlaqələr aramağa, mentorlar, təchizatçılar və ya investorlar tapmağa, eləcə də şəxsi brendi inkişaf etdirməyə imkan verəcək.

“Araşdırma çərçivəsində keçirdiyimiz çoxsaylı dərin müsahibələr zamanı qadın sahibkarlar və startapçılar dönə-dönə bilik paylaşmasının önəmini vurğulayırdılar və qeyd edirdilər ki, problemlərin həlli yollarını başqa qadınlardan eşitmək  onlar üçün daha da əhəmiyyətlidir. Beləliklə, platforma yalnız bir-birindən öyrənmək üçün deyil, həm də mentorluq, beynəlxalq əlaqələrin qurulması, maliyyə axtarışı və biznes inkişafını dəstəkləyən qurumların tapılması üçün nəzərdə tutulub. Bunların hamısı bir rahat və əlçatan alətin içində cəmləşib,” – deyərək Emerging Europe təşkilatının təsisçisi və ortağı Əndryu Vrubel fikirləri ilə bölüşdü.


She's Next rəqəmsal icmanın platforması istifadəçilərə aşağıdakı imkanlar verir:

qeydiyyat zamanı ətraflı anket dolduraraq, orada öz ölkəsini və maraq göstərilən ölkələri, peşəkar sahəni, platformadakı məqsədləri qeyd edərək, həmin anket əsasında icma meneceri tərəfindən ünvanlı kömək əldə etmək 

biznes tərəfdaşları tapmaq;

şəxsi brendini inkişaf etdirmək və biznesini tanıtdırmaq, materiallar və paylaşımlar dərc etmək

öz ehtiyaclarına görə mentorlar tapmaq, bilik və bacarıqlarla bölüşmək istəyində olduqda mentor olmaq; 

müzakirələrdə, vebinarlarda, tədbirlərdə iştirak etmək;

She's Next Empowered by Visa çərçivəsində öz ölkəsində və xaricdə mövcud fəaliyyətlər və imkanlar haqqında öyrənmək.


Bundan savayı, platformanın hər bir yeni üzvü icma meneceri ilə ünsiyyət qura bilər. O, öz növbəsində, yeni iştirakçıya icma daxilində istiqamətləndirməyə kömək edər, maraq qruplarını tapmaqda və tanışlıqlar qurmaqda yardımçı olar, həmçinin faydalı materiallara aid linklərlə bölüşər.   

She's Next rəqəmsal icmanın platforması sahibkarlıqla maraqlanan hər kəs üçün acıqdır. Platformada həm biznes ideyası olan, lakin hələ öz işini qurmayan təşəbbüskarlar, həm də startap sahibələri və iri müəssisələri idarə edən qadın sahibkarları birləşir. 

Bu keçidlə shesnext.emergingeurope.org daha ətraflı məlumat əldə etmək və platformaya qoşulmaq olar. 


###

Visa haqqında məlumat

Visa (NYSE: V)  rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.

Emerging Europe haqqında məlumat

Emerging Europe baş ofisi Londonda yerləşən, dövlət və özəl təşkilatlara böyüməyə və beynəlxalq səviyyədə genişlənməyə kömək edən artım qovşağı, biznes və cəmiyyətlərin inkişafı üçün platformadır. Missiyamız Avropanın inkişafda olan ölkələrində dayanıqlı artıma töhfə verməkdir. Biz regionu anlamaq, regionda iş qurmaq və ya onu genişləndirmək istəyən hər bir tərəf üçün ideal tərəfdaşıq. Dərin təhlillər, bazar araşdırmaları, tədqiqatlar, proqramlar və maraqlı məzmun sayəsində biz şirkətlərə, hökumətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına kəsərlərini artırmağa kömək edirik. Biz onlara hədəfli məlumat, başlıca maraqlı tərəflərə çıxış və doğru biznes qərarlarının qəbul edilməsi üçün bilgilər veririk. Emerging Europe adlı onlayn platformamız təmsil etdiyimiz geniş region haqqında ingilis dilində analitik materialların ən etibarlı mənbəyidir. 

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment