|
|
|
Digər xəbərlər |  |  | Dr.İlqar Tahiroğlu Tükiyədə “TAVİ əməliyyatlarına ilkin yanaşma” təlimində trener qismində iştirak edib |
16.03.2023 | |
 | |
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 15-16 mart 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Medtronic Tibbi Təhsil Akademiyasının təşkilatçılığı ilə keçirilən “TAVİ əməliyyatlarına ilkin yanaşma” mövzusunda beynəlxalq təlimdə trener qismində iştirak edib.
Təlimdə Dr.İlqar Tahiroğlu macarıstanlı professor Peter Andreka və çexiyalı professor Viktor Kocka ilə birlikdə dünyanın 14 ölkəsindən qatılan TAVİ əməliyyatının icrasını yeni öyrənən həkimlərə bu əməliyyatın ilk addımlarını tədris ediblər. Təlimin sonunda Dr.İlqar Tahiroğlu təlim iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
|
|
|
|