1 USD 1,7000    1 EUR 1,8029    1 RUB 0,0236    1 TRY 0,0907    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda onlayn təlim keçirilmişdir
16.03.2023

16 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Unicapital İnvestisiya Şirkəti və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən Bank Olmayan Kredit Təşkilatlarının əməkdaşları üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçirilmişdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və Unicapital İnvestisiya Şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və AMFA ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

Təlimlə bağlı suallarınız olarsa info@bse.az elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment