22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin Mərkəz Ərazi baş müfəttişi Hüseyn Qasımov tərəfindən Beynəlxalq Hava Limanı GSBM-in baş müfəttişləri və Şimal Ərazi baş müfəttişi Müşfiq Qəhrəmanov tərəfindən “Samur” GSBM-də fəaliyyət göstərən baş müfəttişləri üçün "Təməl Həyata Dəstək (BLS – Basic Life Support)" ilk yardım təlimi keçirilmişdir.
Təlimin əsas mövzusu hadisə yerinin qiymətləndirilməsi, təhlükəsizliyin təminatı, CPR və ya ürək-ağciyər canlandırılması, sarğıların düzgün qoyulması, AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə qaydaları olub.
Təlim kursunu bitirdikdən sonra təlim iştirakçıları BLS sertifikatını əldə etməklə, hadisə yerinə təcili tibbi yardım briqadası gələnədək, xəstə və ya travma almış şəxsə həyati vacib ilk yardım tədbirlərinin görülməsi üçün baza bilik və bacarıqların mənimsəyiblər. Xatırladaq ki, bu kimi təlimlər mütəmadi olaraq bütün GSBM-lərdə həyata keçirilir.