Banklar


Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb
21.09.2022

“Unibank”ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb. Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və “Unicapital” İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq. 

Proqram iki əsas sahədə - Strategiya və Biznes Planlaması və Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi, o cümlədən, Səhvlər və Zərərlər Bazası və Risklərə Nəzarət Özünü Qiymətləndirmə Sistemi üzrə həyata keçirilib.

Proqram dövründə Strategiya və Biznes Planlaması layihəsi çərçivəsində 2 biznes, 8 funksional və korporativ strategiyadan ibarət hərtərəfli və yaxşı işlənmiş strategiya sənədi hazırlanıb. “Unibank”da strateji planlaşdırma və idarəetmə proseslərinin davamlığını təmin etmək məqsədi ilə Strategiya və İnkişaf Departamenti və Strateji İdarəetmə Komitəsi yaradılıb. Yeni strategiya güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandanın sinerjisi hesabına həyata keçirilir.

Proqramın digər hissəsi olan Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi layihəsi çərçivəsində Unibank və bankın törəmə şirkəti olan “Unicapital” İnvestisiya Şirkəti üçün çox əsaslandırılmış, geniş təhlil edilmiş və ətraflı risk, özünüqiymətləndirmə və məlumat bazası üzrə tövsiyə sənədi hazırlanıb. Bankın təşkilatı strukturu optimallaşdırılıb. Layihə müddətində 1-ci və 2-ci müdafiə xəttlərinin gücləndirilməsi və onlar arasındakı sərhədlərin müəyyənləşməsi üzrə aparılan işlər, Bankda risk mədəniyyətinin inkişaf etdirilməsinin başlıca lövbəri kimi çıxış edib. Bankda komitələr yaradılıb, birləşdirilib və dəyişdirilib. Proqram çərçivəsində “Unicapital”ın  qrup daxilində strateji inkişaf prioritetləri üzrə təşkilatlanması, biznes proses və funksiyaların optimallaşdırılması, həmçinin risk əsaslı idarəetməsinin təşkili təmin edilib. Əldə edilən nəticələr yeni məhsul və xidmətlərin yaradılması, şirkətin dayanıqlı inkişafı və qrup ilə sinerjidə vahid strateji idarəetmənin gücləndirilməsinə xidmət edəcək.

Dəstək proqramının başa çatması ilə bağlı keçirilən tədbirdə layihədə uğurlu tərəfdaşlığa görə Unibank və Unicapital rəhbərliyi və əməkdaşları sertifikatla təltif edilib. 

Unibank- Sənin Bankın!


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment