Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı ilə Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı arasında qarşılıqlı əməkdaşlığa dair görüş
19.08.2022

Hazırda Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Dr. Sədi Allahverdiyev təcrübə mübadiləsində iştirak etmək üçün Böyük Britaniyanın Birmingem Uşaq və Qadın Hospitalına ezam olunub. Ezam müddətində Dr.Sədi Allahverdiyev Böyük Britaniyanın Birmingem Uşaq və Qadın Hospitalının baş həkimi, xanım Fiona Reynolds ilə qarşılıqlı əməkdaşlığa dair görüşüb. Görüşdə Birmingem Uşaq və Qadın Hospitalının məsləhətçi mama-ginekoloqu, t.ü.f.d., Dr.Fidan İsrafil-Bəyli də iştirak edib. 

İlk öncə Baş həkim Fiona Reynolds gələn qonağı salamlamış və ona Hospitalda qonaq olduğu müddətdə məhsuldar iş təcrübəsi keçməsini arzu etmiş və burada müşahidə etdiyi Böyük Britaniya mütəxəssislərinin təcrübəsini Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqları və neonatoloqları ilə bölüşəcəyindən ümidvar olduğunu bildirib.

Daha sonra görüşdə hər iki tibb müəssisəsinin yükksəkixtisaslı mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə elmi konfransların, simpoziumların təşkili və digər tədbirlərin hazırlanması barədə məsələlər nəzərdən keçirilib. Həmçinin, Baş həkim Fiona Reynalds Mərkəsi Gömrük Hospitalının gənc kadrlarının Birmingem Qadın və Uşaq Hospitalında rezidentura təhsili proqramında iştirak etmələrinə yardımçı ola biləcəyini söyləmişdir. 

Dr.Sədi Allahverdiyev, öz növbəsində xəstəxana rəhbərliyinə dəvətə və göstərilən qayğıya görə dərin minnətdarlığını bildirmiş, Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun və Mərkəsi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovun  salamlarını çatdırıb. Görüşün sonunda tərəflər yaxın zamanda əməkdaşlıq memorandumunun hazırlanıb imzalanması barədə razılığa gəliblər.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment