Digər xəbərlər


Azərbaycan və Misir arasında turizm əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
18.08.2022

Turizm əlaqələrinin inkişaf perspektivləri, həyata keçirilən strategiyalar, həmçinin bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri avqustun 17-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında müzakirə edilib.

Görüşdə Fuad Nağıyev son dövrlərdə ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən diqqət göstərildiyini vurğulayaraq işğaldan azad edilən ərazilərin turizm potensialı, həmçinin tarixi-mədəni irsə malik turizm əhəmiyyətli yerlərdə aparılan yenidənqurma və bərpa işləri haqqında məlumat verib.  Fuad Nağıyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın artırılmasının iki ölkə arasında turizm əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Səfir Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycanın zəngin turizm potensialına, həmçinin misirli turistlərə təklif edilə biləcək çeşidli turizm məhsullarına və multikultural dəyərlərə malik olduğunu, Misirdə Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini qeyd edib. O, Bakıdan Şarm əl-Şeyxə uçuşlarla yanaşı, Bakı-Qahirə-Bakı birbaşa aviareyslərin açılmasının turizm səfərlərinin sayının artmasına təsir edə biləcəyini bildirib.

Görüşdə birgə fəaliyyət planının hazırlanması, turizm sahəsində təcrübə mübadiləsi, turizm sənayesi nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və qarşılıqlı təbliğatın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment