Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının üçüncü dəfə ISO 15189:2012 standartı üzrə auditi keçirilib
15.08.2022

15 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə audit üçüncü dəfə keçirilib. 

Tibbi laboratoriyasının ISO 15189:2012 standartı üzrə auditi İngiltərənin “Sublime Managment Services” şirkəti tərəfindən aparılıb. Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyeva və laboratoriyanın personalı İngiltərənin “Sublime Managment Services” şirkəti direktoru Mahid Tanveerin audit prosesində suallarını cavablandırıblar.

Direktor Mahid Tanveer  İSO standartları üzrə laboratoriyanın operativ və keyfiyyətli xidmət göstərməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartına uyğun olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun olaraq təşkil edilməsini audit edib. Qeyd edək ki, auditin nəticələri bir-neçə gün ərzində “Sublime Managment Services” şirkəti tərəfindən veriləcək. 

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl klinik-diaqnostik laboratoriyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda 24 saat rejimində klinik, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment