Digər xəbərlər


Postpandemiya dövründə Azərbaycan turizminin əsas hədəfləri müəyyən edilib
04.08.2022

“Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası pandemiyadan sonra turizm sektorunun bərpasına yeni nəfəs verəcək”.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev avqustun 4-də keçirilən “Postpandemiya dövründə Azərbaycan turizmi” mövzusunda baş tutan konfransda çıxışı zamanı deyib. Agentlik sədri strategiyanın icrasının ölkədə yeni turizm və rekreasiya zonaları yaradılmasına, daxili və gəlmə turizmində mövsümiliyin aradan qaldırılmasına və turizim sektorunun davamlı inkişafına dəstək olacağını bildirib.

Fuad Nağıyev Agentlik üçün postpandemiya dövründə turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi və şaxələndiriməsinin əsas  fəaliyyət istiqamətlərindən biri olacağını qeyd edib.

Turizm sənayesi nümayəndələrinin ötən dövr ərzində səmərəli fəaliyyət göstərdiklərini və turizmin inkişafı istiqamətində görülən işlərdə yaxından iştirak etdiklərini qeyd edən Fuad Nağıyev turagentlikləri Azərbaycanı yenidən əcnəbi qonaqlar üçün seçilən turizm destinasiyasına çevirmək üçün aktiv fəaliyyət göstərməyə çağırıb.

Tədbir çərçivəsində ölkəyə səfər edən əcnəbilərin gəlmə statistikasını izləmək üçün  Agentliyin rəsmi  internet səhifəsində yerləşdirilən interaktiv panel bölməsinin təqdimatı keçirilib. DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin Statistika və araşdırmalar sektorunun müdiri Nicat Abbaslı toplantı iştirakçılarına ölkəyə səfər edən əcnəbi vətəndaşların sayı, cari ildəki vəziyyəti, ötən il və pandemiyadan əvvəlki dövr ilə  müqayisəsini interaktiv paneldə nümayiş etdirib, informasiyaların tezliyi və əlçatanlığı haqqında  ətraflı məlumat verib.

Eyni zamanda turizm sənayesi nümayəndələrinə “Turistlərin məmnunluğu və loyallığının təhlili” adlı araşdırma layihəsinin nəticələri təqdim olunub. Araşdırmaların Yaxın Şərq, Şimal-Şərqi Asiya, Cənubi Asiya və Amerika ölkələrindən olan turistlərə əsasən həyata keçirildiyi qeyd olunub.

Toplantının ikinci hissəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində Göydəniz Qəhrəmanov Assosiasiyanın yeni İdarə Heyəti sədri seçilib.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment